Ermənistanda hakimiyyətin təzyiqi ilə daha bir qəzet bağlanıb
Tarix: 19.01.2016 | Saat: 01:14:00 | E-mail | Çapa göndər


Gürcüstanda isə “Qolos Qruziya” radiostansiyasının təsisçisi Bidzina Kuçava intihar edib

Ermənistanda mətbuatın azad fəaliyyət göstərməsi üçün heç bir şərait yoxdur. Ölkədə hakimiyyətdə olan qüvvələr azad sözə, mətbuata qarşı repressiya aparatından aktiv şəkildə istifadə edirlər. Elə “Üçüncü Qüvvə” qəzetinin bağlanması da bu qəbildəndir.
“Lragir” nəşri yazır ki, müstəqil mətbuat orqan sayılan bu qəzetin bağlanmasının əsl mahiyyəti Ermənistan üçün biabırçı məqamla bağlıdır. Belə ki, qəzet elə üçüncü ölkələrin, xarici qüvvələrlə razılaşdırılaraq bağlanıb. Dövlət orqanları heç bir xəbərdarlıq etmədən qəzetin bank hesablarına həbs qoyaraq bütün maliyyə sənədlərini müsadirə edib. Bu səbəbdən qəzet fəaliyyətini dayandırmağa məcbur olub. Ermənistanın dövlət strukturları və separatçı Qarabağ qüvvələrinin xarici dairələrlə birlikdə koordinasiyalı fəaliyyət nəticəsində “Üçüncü Qüvvə” nəşrinin baş redaktoru Vaqram Ağacanyan və onun ailəsinə qarşı geniş böhtan kampaniyası həyata keçirilir. “Lragir” yazır ki, İrəvan bu məsələni üç ölkə nümayəndələri ilə razılaşdırıb. Məqsəd Avropa, Amerika və Rusiyadakı qüvvələrin və hüquq müdafiə təşkilatlarının mümkün etirazlarını neytrallaşdırmaqdır. Ermənistan rəhbərliyi səviyyəsində koordinasiya edilən bu fəaliyyət nəticəsində minimum 3 xarici dövlətlə müvafiq danışıqlar aparılıb. Qəzetin baş redaktoruna qarşı son kampaniya yazdığı məqalə ilə bağlıdır. Onun son məqaləsində separatçı Qarabağ rejiminin müəllimlərə qarşı alçaldıcı münasibətindən, onların maaşlarının kəsilməsindən, sosial ödəmələri mənimsəməsindən bəhs edilir. “Lragir” yazır: “Qeyd edilən pozuntuları düzəltmək əvəzinə “DQR” adlı dağınıq feodal qurum qəzeti bağlamaq üçün redaktora qarşı təzyiq kampaniyasına başladı. Bundan sonra Ermənistanın dövlət mətbu orqanlarının rəhbərləri Ağacanyana telefon zəngləri edərək nəyə görə Qarabağda yaşayan təqaüdçülər və müəllimləri müdafiə etməsinin səbəbini soruşublar. Hətta dövlət radiosunda çalışan Bella Aloyan baş redaktorun bacısına bildirib ki, onun qardaşının yazdığı məqalə İrəvan və Bakı mediasında yer alacaq və bu da Qarabağdakı qüvvələrdə təlaş yaradır. Bundan sonra Ermənistanın dövlət mətbuat orqanlarında Ağacanyan və onun rəhbərlik etdiyi qəzetə qarşı kampaniyaya start verildi. “Yuxarıdan” verilən göstərişdən sonra “Üçüncü Qüvvə” qəzeti satışdan çıxarıldı. Bəzi köşklərdə isə qəzetin qiymətini qəsdən artırdılar ki, satış aşağı düşsün. Televiziyalarda qəzetlərin icmalı ilə bağlı proqramlardan da “Üçüncü Qüvvə”nin adı xaric edildi. Qəzetin bağlanmasına nail olan İrəvan hakimiyyəti xarici təsirləri neytrallaşdırmaq üçün dezinformasiya kampaniyasına start verib. Fransanın “Le Mond” nəşri bununla bağlı Sərkisyan hakimiyyətini tənqid edən məqalə çap edib. İnternet mediasında da geniş kampaniya aparılır ki, Ermənistanda müstəqil media orqanının bağlanması faktı ört-basdır edilsin. Ermənistan hakimiyyəti müstəqil jurnalistlərin fəaliyyətinə imkan vermir. Onlar bununla çalışırlar ki, ya baş redaktor fəaliyyətinə birdəfəlik son versin, ya da ölkə xaricinə qaçsın. Onsuz da Ermənistanda bir çox jurnalist izlənmə və həbs qorxusundan ölkə xaricinə qaçmağa məcbur olub. Amma Ağacanyan bütün təzyiqlərə, açılan cinayət işlərinə rəğmən Qarabağı tərk etmək fikrində deyil. Ermənistan hakimiyyətinin kriminal azğınlığının nə qədər davam edəcəyi bəlli deyil”. Digər qonşumuz Gürcüstanda da KİV sahəsində vəziyyət ürəkaçan deyil. “Vestnik Kafkaza” xəbər verir ki , “Qolos Qruziya” radiostansiyasının təsisçisi Bidzina Kuçava intihar edib. O, prokuror Vaxtanq Kiriyanın ölümündə əsas şübhəli hesab edilirdi. Qeyd edilir ki, Kuçava başqa çıxış yolu tapa bilmədiyi üçün intihar edib. Həm Ermənistanda, həm də Gürcüstanda mətbuatla bağlı kifayət qədər belə faktlara rast gəlmək mümkündür. Amma, nədənsə, bu ölkələrdə azad sözə, azad mətbuata qarşı aparılan bu kampaniyalar bəzi beynəlxalq təşkilatlar tərəfindən diqqətə alınmır. Onların hazırladığı hesabatlara diqqət edəndə Gürcüstan tam azad ölkə, işğalçı, kriminal Ermənistan isə qismən azad ölkə kimi qeyd edilir... Amma bu faktların heç birinin olmadığı Azərbaycana isə qərəzli münasibət ortaya qoyulur. Ölkəmizdə dövlət tərəfindən azad söz, azad mətbuatın inkişafı üçün bir çox layihələr həyata keçirilir. Dövlət mətbuatın inkişafındakı marağını KİV-ə yardım edən fond yaratmaqla ortaya qoyur. Amma hesabatlar hazırlananda ikili standart mexanizmi işə düşür. İşğalçı Ermənistanda azad mətbuatın fəaliyyətinə heç bir imkan verilmir. Jurnalistlər başlarını götürüb ölkədən qaçırlar. Gürcüstanda “Rustavi” kanalı ilə bağlı yaşananlar lap yaxın zamanlarda olub və bu kanalın başına gətirilən oyun hesabatlarda “azad ölkə” kimi qeyd edilən qonşu ölkədə mətbuatın necə “azad və müstəqil” olduğunu anlamaq üçün yetərlidir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info