Alman gəncləri iş tapmaqda çətinlik çəkirlər
Tarix: 19.01.2016 | Saat: 01:16:00 | E-mail | Çapa göndər


Baş verən iqtisadi böhran, neftin qiymətində baş verən dəyişikliklər artıq bir çox ölkələri dövlət büdcələrinə yenidən baxmağa, yerli məzənnələrin dollar qarşısında itkisinə gətirib çıxarıb. 2015-ci ildə öz həllini tapmayan bu vəziyyət getdikcə daha da dərinləşməkdədir.
Mövcud proseslərin gedişi bir sıra ölkələrdə də milli valyutalarının 100 faiz, bəzi hallarda ondan da çox dərəcədə devalvasiyaya uğramasına səbəb olub ki, bu gün də həmin proses davam etməkdədir. Hətta bir sıra ölkələr neftin qiymətinin düşməsi, devalvasiya nəticəsində iqtisadi böhranla üzləşərək iflasa doğru gedir.
Azalan qiymətlərdən təsirlənən ölkələrin başında Rusiya, Kanada, Norveç, Venesuela və Səudiyyə Ərəbistanı gəlir. Ümumiyyətlə, iqtisadi böhran bir sıra ölkələrdə müxtəlif sahələrdə maliyyə problemlərinə yol açmaqdadır. Bu günlərdə Dubayda keçirilən tədbirdə çıxışı zamanı BMT baş katibi Pan Gi Mun bildirib ki, dünyada təcili yardıma ehtiyacı olan 25 milyondan artıq insan var. O, müxtəlif böhranların yaşanmasıyla ehtiyacların lazımi maliyyə ilə təmin olunmamasının, beynəlxalq ictimaiyyət üçün ciddi bir problem yaratdığını deyib. Baş katib həmçinin mövcud ehtiyacların aradan qaldırılmasında böyük çatışmazlıqların olduğunu bildirib.

Rusiyada kənd təsərrüfatı məhsulları bahalaşmaqdadır
Hazırda əsas iqtisadi böhran yaşayan ölkələrdən biri Rusiyadır. İqtisadiyyatının böyük hissəsi təbii qaz və neftə söykənən Rusiya da neftin barel qiymətinin 30 dollara qədər enməsi ilə problemlərlə üzləşib. Artıq mövcud durumla bağlı iqtisadi çətinliklər özünü bir çox sahələrdə göstərib ki, bu ölkə bazarında kənd təsərrüfatı məhsullarına da təsirsiz ötüşməyib. Bundan başqa, son bir ayda spirtli içkilərin 10, südün 7, çörəyin qiymətində isə 25 faiz artım olub. Orada 1 dollar 76 rubl və 1 avro 83 rubl qədər yüksəlib.

Qazaxıstanda inflyasiya artıb
Qazaxıstanda 2015-ci ilin inflyasiyası hədəfləri aşaraq 13,6 faiz qeydə alınıb. Ölkənin İqtisadiyyat Nazirliyinin Statistika Komitəsi 2015-ci ilin hesabatını açıqlayıb və nəticələrə görə, inflyasiya 6-7 faiz hədəfi aşaraq 13,6 faiz olub. Statistik məlumatlara görə, qida qiymətlərində 22,6 və xidmət xərclərinin isə 8,1 faiz artdığı bildirilir ki, 2014-cü ildə inflyasiya 7,4 faiz təşkil edib. Qeyd edək ki, Qazaxıstan 2015-ci ildə Mərkəzi Bankın pul siyasətini dəyişdirərək dalğalı məzənnəyə keçməsi nəticəsində təngə dollar qarşısından 36 faiz dəyərini itirərək tarixi bir yüksəlişə keçib. Sərbəst məzənnə öncəsi 188 təngədən satılan dollar 255 təngəyə yüksəldi. Hazırda bir dollar 366 təngədir.

Almaniyada yoxsulluq qorxusu
Alman xalqı İkinci Dünya müharibəsindən sonra yaşadıqları iqtisadi və rifah səviyyəsinin dadını qorxularından tam olaraq yaşaya bilmirlər. Dünyada məşhur alman sosioloq və iqtisadçılara məxsus “FOCUS” jurnalının xəbərinə görə, Almaniyada insanlar ən çox iqtisadi səviyyənin enməsindən və kasıblaşmaqdan qorxurlar. Almaniyada digər problem gənclərin işsizliyi ilə bağlıdır. 35 yaşdan aşağı, yəni gənc işçilərin ən az dörddə biri etibarsız işlərdə çalışmaq məcburiyyətində qalır. Aparılan araşdırmaya görə, tam zamanlı, sığortalı və müddətsiz iş tapa bilməyən gənc işçilər stress və aşağı maaşla çalışır. Nəticələr onu da göstərir ki, 35 yaşdan aşağı olan insanların 27,9 faizi “atipik”, yəni normal olmayan bir işdə çalışırlar. Bu faiz 25 yaşdan aşağı gənclər arasında 46,4 faizə yüksəlir. Digər bir problem isə gənc işçilər arasında müddətli iş sözləşmələri ilə bağlıdır. Belə ki, 35 yaşda çalışanların sadəcə 5 faizi müddətli işlərdə çalışdığı halda, bu yaşdan aşağı gənclərdə bu rəqəm 16,2-yə çatır. O da vurğulanır ki, etibarsız iş gənc işçilərin psixologiyasına mənfi təsir edir. Həmin gənc çalışanların üçdə ikisi özlərini təzyiq altında hiss edirlər.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info