“Multikulturalizm ili” elan olunması dövlətin bu sahəyə göstərdiyi qayğının bariz nümunəsidir”
Tarix: 19.01.2016 | Saat: 15:06:00 | E-mail | Çapa göndər


ABŞ-ın ən böyük yəhudi sinaqoqlarından olan, Los Ancelesdə fəaliyyət göstərən Bet Ceykob Sinaqoqunda Azərbaycanın multikulturalizm və tolerantlıq dəyərlərinə dair tədbir keçirilib. Tədbirdə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev geniş mühazirə ilə çıxış edib.
Konsulluqdan verilən məlumata görə, tədbiri giriş nitqi ilə açan sinaqoqun baş ravvini Kalman Topp Baş Konsulluq ilə əlaqələrinin qurulmasından məmnun olduqlarını bildirərək, Azərbaycan kimi multikulturalizm və tolerantlıq dəyərlərinə yüksək önəm verən bir ölkə ilə yaxından tanış olmalarından böyük şərəf hissi keçirdiklərini vurğulayıb. O, dünyada cərəyan edən dinlərarası münaqişələr və müxtəlif ölkələrdə getdikcə artmaqda olan anti-semitizm fonunda, Azərbaycanda bütün xalqların, o cümlədən yəhudilərin azad və mehriban şəraitdə yaşamalarının, tam dini etiqad azadlığından yararlana bilmələrinin olduqca təqdirəlayiq olduğunu qeyd edərək, buna görə Azərbaycan xalqına və dövlətinə dərin təşəkkürlərini çatdırıb.
Baş konsul N.Ağayev, öz çıxışında, Azərbaycanın tarixi, müstəqilliyinin bərpasından sonra keçdiyi sürətli inkişaf yolu, sosial-iqtisadi tərəqqisi, uğurlu xarici siyasəti və multikulturalizm və tolerantlıq ənənələri barədə məlumat verib.
Azərbaycanın tolerantlıq sahəsində əldə etdiyi nailiyyətlərin böyük tarixi ənənəyə əsaslandığını qeyd edən diplomat, xalqımızın əsrlərdən bəri yüksək səviyyəli tolerantlıq mədəniyyəti yaradaraq inkişaf etdirdiyini bildirib.
Multikulturalizmin bir dövlət siyasəti kimi əsasının hələ Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edən diplomat, bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini söyləyərək, ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin daha da gücləndiyini vurğulayıb.
Baş konsul, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu qeyd edərək, bunun Azərbaycan dövlətinin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info