Narkotik vasitələrin ölkəyə gətirilməsinin qarşısı alınıb
Tarix: 19.01.2016 | Saat: 15:21:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin və qaçaqmalçılığın qarşısının alınması istiqamətində fəaliy¬yətlərini uğurla davam etdirirlər. Sərhədçilərimizin sayıqlığı sayəsində növbəti dəfə külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısı alınmışdır.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, 16 yanvar 2016-cı il tarixdə saat 01:00 radələrində Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində nəzarətedici vasitələrə baxış keçirən sərhəd naryadı tərəfindən nəzarət iz zolağında sərhəd pozucularına məxsus iz aşkar edilmişdir. Horadiz sərhəd dəstəsinin və sərhəd zastavasının ehtiyat qüvvələri tərəfindən həyata keçirilən sərhəd axtarışı tədbirləri nəticəsində Füzuli rayon sakinləri Əsədov Səyyad Müzəffər oğlu və Məhərrəmov Vilayət Ziyad oğlu saxlanıl¬mışlar. Onların üzərində külli miqdarda narkotik maddə olan 2 kq həşiş, 1 kq 140 qram marixuana, 25 qram heroin və 30 qram tiryək aşkar olunaraq götürülmüşdür. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onlarla cinayət əlaqəsində olan Füzuli rayon sakinləri Məmmədov Elvin Allahverdi oğlu, Əhmədov Eloğlan Seyfi oğlu və Abdullayev Murad Akif oğlu müəyyən¬ləşdirilərək saxlanılmışlar. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info