“The Washington Times”: “Vaşinqton Bakıya tənqid əvəzinə dəstək verməlidir”
Tarix: 19.01.2016 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


“Ciddi regional gərginliklərin yaşandığı bir məqamda Vaşinqton Bakıya tənqid əvəzinə ardıcıl və açıq dəstək verməlidir”.
Bu barədə Aleksandr Murinsonun “The Washington Times” nəşrində çap olunan məqaləsində bildirilir.
Qeyd edilir ki, Azərbaycan mürəkkəb regionda yerləşir, cənubda Azərbaycanın iqtisadi inkişafı və hərbi qüdrətini təhdid olaraq görən İran, şimalda başqa dövlətlərin ərazisini ilhaq edən Rusiya, qərbdə isə Rusiyanın vassalı olan Ermənistan yerləşir.
“Taliban” və “İŞİD”in Xəzər dənizinə yaxın bölgələrdə fəaliyyət göstərdiyi bir məqamda, Qərblə strateji anlaşmalara sadiq olan dövlətlə müttəfiqlik ehtiyatlı addım olardı. ABŞ-dan olan birmənalı dəstək Bakını arxayın salacaq və ona nümunəvi müsəlman demokratiyası qurmaq kimi uzunmüddətli daxili siyasət həyata keçirməyə imkan verəcək”, - deyə məqalədə vurğulanıb.
Müəllif onu da əlavə edib ki, Azərbaycan əhalisi sabitliyin qorunması və bir çox müsəlman ölkələrində müşahidə olunan İslam radikalizminin girdabına düşməmək üçün ölkənin indiki rəhbərliyinə alternativ olmadığını düşünür.
“Xüsusən də Azərbaycan elektoratı “Ərəb baharı” ssenarisindən ehtiyat edir. Azərbaycan dəfələrlə müxtəlif güc mərkəzləri arasında manevr etmək və bununla yanaşı, ölkənin bütövlük və müstəqilliyini saxlamaq bacarığını nümayiş etdirib. İlham Əlyevin iradəsi sayəsində bu siyasi xətt davam edəcək. Hadisələrin əks şəkildə cərəyan edəcəyi halda Qərb öz enerji planlarını və Qərb-Şərq enerji layihələrini yenidən nəzərdən keçirməyə məcbur olacaq. Avropa enerji təhlükəsizliyi arxitekturasında ciddi dəyişikliklərə hazır olmaya bilər. Xüsusən də, Avropanın Rusiyanın enerji asılılığından azad olunması kimi vacib məqamda ciddi dəyişiklik həm qeyri-real, həm də iqtisadi cəhətdən qeyri-sərfəli olacaq. Əgər Bakı Qərbin dəstəyinin etibarlı olmasına inandırılmasa, Moskvanın təsir dairəsinə düşəcək,”-deyə müəllif əlavə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Pakistan Kəşmir mövzusunda beynəlxalq ictimaiyyətə çağırış edib
23.08.2019
BMT TŞ ABŞ-ın qadağan edilmiş raket sınaqları məsələsini müzakirə etdi
23.08.2019
BMT-nin Hindistan hökumətinə çağırışı
23.08.2019
“Türkiyənin Şərqi Aralıq dənizindəki karbohidrogen axtarışı qətiyyətlə davam edəcək“
23.08.2019
Kanada Rusiyanın G7-yə qoşulmasına qarşı çıxıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info