“Dağlıq Qarabağ münaqişəsinin həlli prioritet olaraq qalır”
Tarix: 19.01.2016 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Avropa İttifaqı üçün prioritet məsələ olaraq qalır”.
Bu barədə Avropa İttifaqı-Ermənistan Əməkdaşlıq Şurasının toplantısının yekununda qəbul olunan bəyanatda deyilir.
Sənəddə bildirilir ki, münaqişə ilə bağlı hazırkı status-kvo qəbuledilməzdir: “Təmas xəttində və Ermənistan və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərində təhlükəsizliklə bağlı vəziyyət ciddi narahatlıq predmetidir. Avropa İttifaqı tərəflərə ATƏT-in rəhbərliyi ilə aparılan danışıqlarda iştirak etmək və danışıqlarda öhdəlik nümayiş etdirməklə bağlı çağırışını təkrarlayır. Aİ münaqişənin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasına dəstəyini ifadə edir. Aİ Ermənistan və Azərbaycan arasında dialoqun prezidentlər səviyyəsində davam etdirilməsinə çağırır və həmsədrlərin təşəbbüsü ilə İsveçrədə ötən il dekabrın 19-da keçirilən görüşü alqışlayır. Bu görüş gələcək addımlarla bağlı fikir mübadiləsi aparmaq üçün vacib imkan yaratdı. Bununla yanaşı, sülh razılaşması əldə edildikdən sonra Aİ sülhyaradıcı fəaliyyətləri dəstəkləməyə, münaqişədən əziyyət çəkən regionların bərpa və reabilitasiyasına yardım etməyə hazır olduğunu bəyan edir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir
25.09.2018
“Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info