“Bu, bir problemdir, faciə deyil”
Tarix: 19.01.2016 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


Yola saldığımız 2015-ci il müsbət və mənfi saya biləcəyimiz bir sıra hadisələrlə yadda qaldı. Müsbətlər sırasında təbii ki I Avropa oyunlarının Azərbaycanda keçirilməsi oldu. Mənfilər sırasında isə dünyada baş verən siyasi proseslərin fonunda önə çıxmış dünya iqtisadiyyatının silkələnməsi, xüsusilə neftin məzənnəsinin bir-birə ucuzlaşması oldu. Hətta proses elə sürətlə baş verdi ki, iqtisadiyyatla məşğul olan ekspertlər belə qiymətin bu templə enişini proqnozlaşdırmaqda çətinlik çəkdilər. Nəticə isə hamıya bəllidir.
Artıq bir müddətdir ki, gündəmi zəbt edən, sosial şəbəkələrdən tutmuş, avtobus dayanacaqlarına qədər hər yerdə müzakirə mövzusu olan manatın devalvasiyası ölkəmizdə ajiotaj səviyyədə qarşılandı. Əslində prosesin bu cür baş verməsinə haqq qazandırmaq, digər tərəfdən isə, gözlənilən hal kimi yanaşmaqda mümkündür. Çünki dünyada gedən prosesləri izləyən hər kəs bilir ki, dünyanın siyasi düzənində baş verənlərin dolayısı ilə dünya iqtisadiyyatından tutmuş ayrı-ayrı ölkələrin iqtisadiyyatına qədər təsirsiz ötüşməsi mümkünsüz idi. Bütün bunlara baxmayaraq, rəsmi Bakı öz ölkəsini və vətəndaşını bu böhrandan yayındırmaq üçün prosesi nə az nə çox düz 8 il gecikdirə bildi. Dünyanı 2008-ci ildən ağuşuna almış maliyyə böhranını Azərbaycan vətəndaşı ən yaxşı halda 2015-cü ilin sonlarından hiss etməyə başladı.
Baxmayaraq ki, bu prosesin gözlənilməsi ilə bağlı hələ bir ay öncə müəyyən fikirlər bildirilmiş, hətta ölkə başçısı İlham Əliyev səviyyəsində belə müəyyən anonslar səsləndirillmişdi. Hələ bir ay öncə ölkə başçısı İlham Əliyev manatın avroya qarşı kursunun yüksək olması barədə narahatçılıqlarını bildirmişdi: “Hesab edirəm ki, manatın avroya qarşı bundan sonra da bahalaşması bu müsbət hal deyil”. Lakin görünən o oldu ki, bütün xəbərdarlıqlara baxmayaraq, cəmiyyətimiz baş verən prosesə hazırlıqsız yaxalandı. Çünki az da olsa, bu xəbərdarlıqlardan nəticə çıxarsaydıq o zaman devalivasiya xəbəri ölkədə çaşqınlıq yaratmazdı və valyutadəyişmə məntəqələrinin qarşısında növbə sıraları yaranmazdı.
Ölkədə manatın dəyəri düşdükcə bəzi “qüvvələr” əhalinin çaşqınlığından istifadə edərək, baş verənlərdə yenə hədəf kimi ölkə iqtidarını və prezidenti göstərməyə cəhd etdilər. Əslində isə milli valyutanın dəyərinin aşağı düşməsində adi Azərbaycan vətəndaşı kimi, dövlətin özü də böyük zərər gördü.
Bu səbəbdən “bəzi fürsət axtaranların” baş verənlərin birbaşa səbəbkarı kimi Azərbaycan hakimiyyətini nişan alması gülünc görünür. Çünki heç bir hakimiyyət dövlətinin iqtisadi cəhətdən hər hansı bir sıxıntıya düşməsini istəməz. Əksinə hər bir iqtidar öz idarəçiliyində uğurların daha çox olmasını, vətəndaşlarının daha yüksək şərtlərlə yaşaması üçün əlindən gələni edir. Hansı ki, biz bunu öz ölkəmizdə dəfələrlə görmüşük. İlham Əliyev o dövlət başçılarındandır ki, istənilən məsələdə öz komanda üzvlərinin yanında deyil, Azərbaycan vətəndaşının yanında dayanıb. Özünün təbirincə desək, Azərbaycan xalqının xidmətində dayanan şəxs olduğunu təsdiqləyib.
O zaman bu gün əhalimizin depressiyaya girməsinə, panikaya düşməsinə səbəb nədir? Doğrudur, devalvasiya baş verdi və milli valyutamız xarici valyutaya nisbətdə öz möhkəmliyini qoruya bilmədi. Necə ki, bu hal əksər dünya dövlətlərindən yan ötmədi.
Bu gün hakimiyyət dünyada yaşanan iqtisadi böhranın Azərbaycandakı nəticələrini və fəsadlarını aradan qaldırmaq, zərərin daha az olması naminə iqtisadi və sosial problemləri yüngülləşdirmək istiqamətində lazım olan bütün addımları atır. Bu mərhələdə bizim- ölkə vətəndaşlarının borcu bu işdə dövlətə dəstək olmaq və onun öz funksiyasını yerinə yetirməsinə imkan yaratmaqdır. Unutmayaq ki, 7-8 il öncə Avropa iqtisadi böhranın girdabında boğulan zaman Azərbaycan iqtisadiyyatı daha da güclənirdi. Məhz İlham Əliyevin apardığı siyasi kursun nəticəsində ölkəmizdə işsizliyin səviyyəsi 6 %-ə düşdü.
Bu günə kimi dövlətin qayğısını hiss etmiş hər kəs, dövlətin pulsuz verdiyi mənzillərdə yaşayanlar, dövlət tərəfindən təqdim olunan mükafatları alanlar, məhz bu dövlətin qayğısı nəticəsində maşın ev-eşik sahibi olanlar, “ilin müəllimi” adı alanlar, bir sözlə, ziyalısından məmurundan tutmuş, bu dövlətin pulu ilə xaricdə təhsil alan gəncinə, torpağında buğda əkən kəndlisinə qədər hər kəs bu gün əsl vətəndaş olmağı bacarmalıdır və dövlətin xeyrinə şərik olduğumuz kimi çətinliyini də bölüşməyi bacarmalıyıq. Biz bu sınaqdan qürurla, başımız dik çıxmalıyıq ki, 20 % işğalda olan torpağımızı qaytara bilək.
Problemi çözmək üçünsə küçələrə axışmaq yox, masalara oturmaq lazımdır. Əgər bunu da bacarmırıqsa, o zaman səbrli olub gözləməyi bacarmalıyıq. Unutmayaq ki, dünyada iqtisadi göstəricilərinə görə, ən yaxşı yaşayan ölkələrdən sayılan nə Almaniyanın, nə İsveçin nefti yoxdur. Ancaq onlar yaşayırlar və inkişaf edirlər. Demək ki, bizdə neft olmasa da yaşamağı və inkişaf etməyi bacarmalıyıq və bacarırıq da sadəcə bunu görmək üçün bir az dözümlü olmalıyıq və Prezidentin apardığı islahatları izləməli və ona dəstək olmalıyıq. Bu gün biz vətəndaşların borcu isə yeni mərhələnin başlanğıcında məhz İlham Əliyevi qarşısında deyil, yanında dayanmaqdır. İnanıram ki, həmişə olduğu kimi bu dəfə də bunu bacaracağıq.
Vüsalə Hüseynli
“Demokratik İslahatçı Gənclər” İctimai Birliyinin sədri




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info