Əhalinin banklardakı bütün əmanətləri sığortalanacaq
Tarix: 19.01.2016 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


Yeni qanun layihəsinə əsasən isə əmanətlərə görə olan gəlirlərdən heç bir faiz tutulmayacaq
Milli Məclisin növbədənkənar sessiyasında “Əmanətlərin sığortalanması haqqında” Qanuna dəyişiklik edilib. Parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə dəyişikliklə bağlı məlumat verib. O deyib: “Bizə təqdim edilən zərfə daxil olan qanun layihələri də sistemli təhlilin nəticəsidir. "Əmanətlərin sığortalanması haqqında" Qanun bir neçə il əvvəl Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə təqdim edilmişdi. Yeni daxil olunmuş layihədə bu Qanuna dəyişiklik edilməsi nəzərdə tutulur. Əvvəllər 500 manata qədər olan hissədən başqa qalan hissədən faizlər tutulurdu. Yeni qanun layihəsinə əsasən isə əmanətlərə görə olan dividentlərdən heç bir faiz tutulmayacaq. Bundan əlavə, Əmanətlərin Sığortalanması Fondunun daha da təkmilləşdirilməsi, bankların şəraitinin yaxşılaşdırılması ilə bağlı maddələr nəzərdə tutulub. Çətinliklər olanda onların sığortalanması məsələsini də hökumət öz üzərinə götürür”. Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib. Komitə sədri deyib ki, “Əmanətlərin tam sığortalanması haqqında” yeni qanun layihəsi də Milli Məclisə təqdim olunub. Bu qanun imkan verəcək ki, insanlar heç bir narahatlıq hiss etmədən əmanətlərinə sahib olsunlar və gələcəkdə ondan daha rahat istifadə etsinlər. Müzakirələrdən sonra qanun layihəsi ilk oxunuşda qəbul edilib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycan neftinin bir barreli 80,34 dollara satılır
21.09.2018
Toxuculuq sənayesi 63 faiz artıb
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info