Bakı Slavyan Universitetində 20 Yanvar şəhidləri anılıb
Tarix: 19.01.2016 | Saat: 21:16:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universitetində 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edən universitetin rektoru, professor Asif Hacıyev 26 il öncə sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi silahlı təcavüzün tarixdə insanlığın məruz qaldığı ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb. Rektor bildirib ki, 20 Yanvar xalqımızın yaddaşına, müstəqillik tarixinə qanla yazılmış bir səhifədir. Bu tarix azərbaycanlıların azadlıq səsini ucaltdığı, öz ərazi bütövlüyü uğrunda qəhrəmanlıq nümayiş etdirdiyi şərəfli bir tarixdir. “Azadlıq verilmir, qazanılır!” deyən professor Asif Hacıyev qeyd edib ki, Azərbaycan Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində azadlıq qazandı. Ümummilli liderin dəstəyi ilə reallaşdırılan layihələrin xüsusi əhəmiyyətindən söz açan rektor deyib ki, həmin layihələrin icrasında bütün dövlət qurumları və təşkilatları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında özünəməxsus uğurlara imza atırlar.
BSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Aygül Hacıyeva, Filologiya fakültəsinin tələbəsi Ələkbər Mirzəyev çıxışlarında bildiriblər ki, xalqımızın mübariz övladlarının müstəqillik uğrunda öz canlarını qurban verməsi Azərbaycan xalqının azadlıq arzusunun dönməzliyinin göstəricisidir. Çıxışçılar Qanlı Yanvarın ictimai-siyasi əhəmiyyətindən də söz açıblar. Bu faciənin gənc nəslə çatdırılması, eləcə də ona siyasi-hüquqi qiymət verilməsi ilə bağlı geniş təbliğat işlərinin aparılmasının zəruriliyini qeyd ediblər.
Sonra BSU-nun Məktəb-Lisey Kompleksinin şagirdləri 20 Yanvara həsr olunmuş şeirlər səsləndiriliblər.
BSU-nun Mətbuat xidməti




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Gəncləri işə götürən sahibkarlara güzəştlər tətbiq ediləcək
23.01.2019
2019-cu il üçün əlillərlə bağlı proqram təsdiq edilib
23.01.2019
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
23.01.2019
AtaBank-ın əmək haqqı kart sahiblərinə şad xəbər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info