Yevlaxda sahibkarlar icarə haqqından azad olunub
Tarix: 19.01.2016 | Saat: 21:45:00 | E-mail | Çapa göndər


Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin yerli icra strukturlarının qarşısında qoyduğu vəzifələri yüksək səviyyədə həyata keçirmək, süni qiymət artımının qarşısını almaq, kiçik və orta sahibkarlıqla məşğul olan iş adamlarının fəaliyyətinə stimul vermək məqsədilə Yevlax şəhərində mühüm addımlar atılır.
AZƏRTAC xəbər verir ki, rayonda orta və kiçik sahibkarlıqla məşğul olan 500 nəfərdən çox şəxs 2 ay müddətinə kommunal və digər xərclərdən, o cümlədən rüsumlardan azad edilib. Belə ki, “Aznefmaş” şirkətinin tərkibindəki Yevlax Mərkəzi Bazarında fəaliyyət göstərən mağaza, köşk, meyvə-tərəvəz satışı obyektlərinin işçiləri aylıq icarə haqlarını da ödəməyəcəklər. Əsas məqsəd manatın məzənnəsinin dəyişməsinin əhalinin alıcılıq qabiliyyətinə təsir etməməsi üçün ərzaq və digər zəruri məhsulların qiymətlərinin bahalaşmasının qarşısını almaq, kiçik və orta sahibkarların fəaliyyətinə stimul verməkdir.
Yevlax Şəhər İcra Hakimiyyətində sahibkarlar və ictimaiyyət nümayəndələri ilə təşkil olunan görüşdə də dövlət başçısının əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi mühüm addımlardan söz açılıb. Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azad olunmasını, şəhid ailələrinə verilən təqaüdün, yaşa görə əmək pensiyalarının baza hissəsinin, məcburi köçkünlərə verilən aylıq xərclərin və 20 Yanvar hadisələrində əlil olmuş şəxslərə verilən təqaüdlərin artırılmasını yüksək qiymətləndirib. Bildirib ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.
Görüşdə sahibkarlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, dövlətimizin başçısının süni qiymət artımının qarşısının alınması ilə bağlı tapşırığına əməl edəcəklərini bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info