UNEC-də valideynlər imtahanın gedişini izləyib
Tarix: 20.01.2016 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) valideynlər qış imtahan sessiyasının gedişini müşahidə ediblər. “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında keçirilən tədbirdə valideynlər UNEC-in bütün tədris binalarında imtahan prosesini yaxından izləyiblər. Beynəlxalq İqtisadiyyat Məktəbi və SABAH qruplarında yazılı imtahanları müşahidə edib, yazılı imtahanların nəticələrinin yoxlanılması prosesi ilə yaxından tanış olublar. Dekanlar, müəllim və nəzarətçılər valideynlərin imtahanla bağlı suallarını cavablandırıblar. Sonra valideynlər UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüblər. Rektor UNEC-də aparılan islahatlardan danışıb, universitetin hədəflərini açıqlayıb. Bildirib ki, məqsədimiz UNEC-i dünya səviyyəli universitetlər sırasına çıxarmaqdır. “Tədrisin keyfiyyəti müəllimlərin keyfiyyətindən asılıdır”- deyən rektor əlavə edib ki, bunun üçün universitetə xaricdə təhsil alan gənc müəllimləri cəlb edilib: “Həmçinin, bu günlərdə 100 müəllimimizə universitetin Quba kampusunda Fransanın Sarbonn universitetinin professoru təlim keçəcək. Bu təlimlər mütəmadi olaraq davam etdiriləcək”. Tədrisdə müəllim-tələbə münasibətini xüsusi vurğulayan rektor qeyd edib ki, müəllim tələbənin ən yaxın dostu olmalıdır. Ümumilikdə isə UNEC tələbələrinin akademik səviyyəsi universitetdə mühazirə keçən xarici müəllimlər tərəfindən yüksək qiymətləndirilir. Rektor yeni tədris ilində tələbələrin dərsə davamiyyətinin barmaq izi ilə yoxlanılacağını və bununla da onların dərsə gəlib-gəlməməsinə ayrılan vaxta qənaət ediləcəyini qeyd edib. Valideynlərin məzunların işlə təmin olunması ilə bağlı sualını cavablandıran rektor istehsalat və ixtisas təcrübəsinin keyfiyyətli təşkili üçün təkliflər hazırlandığını bildirib:”İstəyirik ki, 5 həftəlik təcrübə müddətində tələbələrimizə əmək kitabçası açılsın”. Sonda rektor valideynləri universitetin ictimai həyatında aktiv iştirak etməyə çağırıb. UNEC-də qış imtahan sessiyası fevralın 1-dək davam edəcək. Sessiya boyunca tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi, şəffaflığın qorunması məqsədilə ictimaiyyət nümayəndələrinin müşahidəçi qismində iştirakı üçün bütün şərait yaradılıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info