Leyla Əliyeva müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ilə görüşüb
Tarix: 20.01.2016 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Dünən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatda olub. Leyla Əliyeva pansionatın sakinləri ilə görüşüb, onlarla birlikdə nahar süfrəsi arxasında səmimi söhbət edib. Pansionatda yaşayanlar burada onlar üçün yaradılan şəraitdən razılıq ediblər. Leyla Əliyeva pansionat sakinlərinin öz həyatları barədə söhbətlərini heyranlıqla dinləyib, onların qayğıları ilə maraqlanıb. Pansionatın sakini Həbib Qəmbərov onlar üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya bütün sakinlər adından minnətdarlığını bildirib. Leyla Əliyeva pansionatda yaradılan şəraitlə tanış olub, otaqları gəzib. Ölkəmizdə əlil, tənha və ahıllara xidmət göstərən müəssisələrin sakinləri tam dövlət qayğısı ilə əhatə olunublar. Pansionat sakinləri ilə yaddaqalan görüşün daha bir məqamı isə Zəminə Cəbrayılovanın öz yazdığı şeirlərini Leyla Əliyevaya oxuması olub.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info