“Dövlətimiz əhalinin rifahına mane olacaq bütün əngəlləri aradan qaldırmağa qadirdir”
Tarix: 20.01.2016 | Saat: 01:00:00 | E-mail | Çapa göndər


Ramiz Alıyev: “Hesab edirəm ki, dövlətimizə və xalqımıza sədaqətlə bağlı olan hər kəs Prezident tərəfindən verilmiş tapşırıqlara ləyaqətlə əməl edəcək”
Dünyada baş verən iqtisadi böhran, neftin qiymətinin düşməsi, eləcə də milli valyutanın devalvasiyası ölkəmizdə iqtisadi və sosial məsələlərin həlli üçün yeni yolların tapılması zərurətini yaradıb. Yanvarın 18-də Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirədə məhz bu məsələlər müzakirə olunub. Dövlət başçısı müşavirədə bildirib ki, böhranın təsirini azaltmaq üçün Azərbaycanda məqsədyönlü tədbirlər həyata keçirilir:
“Azərbaycanda müvafiq islahatlar həyata keçirilmiş, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət aparılmış və müəyyən dərəcədə neftdən asılılıq aradan qaldırılmışdır. Son 10 il ərzində dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ölkə olmamışdır. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycanda əldə edilmiş uğurlar daim qeyd edilir. Azərbaycan hazırkı vəziyyətdən çıxmaq üçün ciddi addımlar atır. Azərbaycan böhranlı vəziyyətdən ən az itkilərlə çıxa bilmiş ölkədir. Azərbaycan xalqı və Azərbaycan dövləti analoji məqamlarda güclü iradə nümayiş etdirmişdir. Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr edilmiş iclasında verilən tapşırıqların icrası nəticəsində Azərbaycan iqtisadiyyatı 2016-cı ildə də öz inkişaf templərini saxlayacaq. Vəziyyətdən itkilərlə çıxmaq üçün əlavə tədbirlər görülməli, islahatlar dərinləşməlidir. Tapşırıqların yerinə yetirilməsi nəticəsində ölkə iqtisadiyyatı yeni nəfəs alacaq, iqtisadi fəallıq artacaq, insanların sosial müdafiəsi lazımi səviyyədə təmin ediləcək”.
Prezident deyib ki, Azərbaycanda iqtisadi islahatlar dərinləşməli, dövlət, hökumət, vətəndaşlar bir yerdə olaraq bu gözlənilməz vəziyyətdən çıxış yollarını müəyyən etməlidirlər.
Strateji Araşdırmalar İnstitutunun sədri, politoloq Ramiz Alıyevə görə, belə bir müşavirənin keçirilməsi dövlətin ölkənin sosial məsələlərinin həllinə göstərdiyi diqqətin bariz nümunəsdir: “Müşavirədə Prezident İlham Əliyev tərəfindən ciddi tapşırıqlar verildi və eyni zamanda bəzi sahələrdə ölkə iqtisadiyyatına əngəllər törədən neqativ hallara qarşı kəskin münasibət bildirildi. Bu, onu göstərir ki, cənab Prezident hər zaman xalqın yanındadır və ölkəmizin inkişafı, əhalinin rifahına mane olacaq bütün əngəlləri aradan qaldırmağa qadirdir. Hesab edirəm ki, dövlətimizə, xalqımıza və ölkə başçısına sədaqətlə bağlı olan hər kəs və xüsusən də məmurlar, müşavirə zamanı verilmiş tapşırıqlara ləyaqətlə əməl edəcək və etimadı doğruldacaqlar”.
Ramiz Alıyevin fikrincə, bu cür iqtisadi böhranların olmasının səbəbi həmin ölkələrin özləri və iqtisadiyyatı deyil, dünyanın hegemon dövlətlərinin apardığı iqtisadi və siyasi oyunlardır: “Məqsəd də odur ki, onlara xidmət etməyən ölkələrin iqtisadi gücünün artmasına mane olmaq, ölkələrin iqtisadiyyatını çökdürmək və həmin ölkələri onlardan asılı olacaq dövlətlərə çevirmək və təbii ki, öz dövlətlərinin inkişafına zəmin yaratmaqdır. Ancaq, təbii ki, belə olan hallarda dövlətlər öz iqtisadiyyatını daha da inkişaf etdirməlidir. Burada əsas məsələ kənd təsərrüfatı və yerli iqtisadiyyatı gücləndirəcək yeni iş yerləri üçün mənbə olacaq layihələrə önəm verilməli, əhalinin sosial rifahı artırılmalıdır. Bütün bu addımlar və daha da uğurlu layihələr bu gün cənab Prezidentin tapşırığına əsasən həyata keçirilməkdədir və gördüyümüz kimi süni qiymət artımında günahı olanlar cəzalandırılır və bu mübarizə yenə də və qətiyyətli formada davam etdiriləcək”.
SAİ sədri bildirdi ki, Azərbaycan xalqı hər zaman bütün çətinliklərdə dövlətimizi və dövlətçiliyimizi qoruyan Prezidentin ətrafında sıx birləşib: “Xalqımız həmişə hansısa bir məkrli qüvvələrin xalq ilə dövlətin arasına girib xoşagəlməz hallar yaşatmasına imkan verməyib. Açıq demək lazımdır ki, belə dönəmlərdə "beşinci kolon" da aktiv fəaliyyətə başlayır və onlara verilmiş olan tapşırıqlara əsasən çalışırlar ki, xalqla dövlət arasında bir uçurum yaratsınlar. Bu məkrli niyyətlərin daha da böyük vüsət almaması üçün hesab edirəm ki, məmurlarımız, yerli özünüidarəetmə orqanları, millət vəkilləri, sahibkarlar, hüquq-mühafizə orqanları dövlət başçısının bu sahədə olan siyasətini diqqətlə izləsinlər. Prezident qəti olaraq məmurlara tapşırıq verib ki, əhali ilə işləyin, onların problemlərinin həlli ilə yerindəcə məşğul olun. Yenə təkrar edirəm ki, imkan vermək olmaz ki, "beşinci kolon" bütün bu proseslərdən yararlansın. Hər bir azərbaycanlı, fərq etməz məmur və yaxud sadə vətəndaş, hamı Prezidentin ətrafında möhkəm birləşməli və ölkəmizin iqtisadiyyatı üçün hər kəs üzərinə düşəni layiqincə yerinə yetirməlidir”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info