Azərbaycan xalqı 26-cı dəfə öz şəhidlərini yad edir
Tarix: 20.01.2016 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


UBM Group sosial şəbəkələrdə “20 Yanvar şəhidlərini unutma!” adlı səhifə yaradaraq, fəal təbliğat kampaniyasına start verib

Azərbaycan xalqının qan yaddaşına 20 Yanvar hadisələri kimi yazılan 1990-cı ilin qanlı yanvar hadisələrindən düz 26 il keçir. Ürəyində vətən sevgisi olan hər bir azərbaycanlı xalqımıza qarşı törədilmiş bu cinayətlə bağlı əsl həqiqətləri bütün dünyaya yaymağa çalışır.
Qətlə yetirilən günahsız insanların əziz xatirəsinə ehtiram əlaməti olaraq, UBM Group bu layihəni korporativ sosial məsuliyyət proqramı çərçivəsində, tarixi həqiqətlərin dünyaya çatdırılmasına öz töhfəsini vermək məqsədilə həyata keçirir. “Facebook”, “Twitter”, “Instagram” və “YouTube” sosial şəbəkələrdə Remember victims of 20 January “20 Yanvar şəhidlərini unutma!” adlı səhifə yaradaraq, fəal təbliğat kampaniyasına start verilib. Bunun üçün şirkət tərəfindən xüsusi hazırlanmış posterlər, rəsm əsərləri və video kadrlar həmin səhifədə yerləşdirilib. Bu təbliğat metarialları 5 dildə - ingilis, fransız, alman, rus və Azərbaycan dillərində hazırlanıb. Hər bir həmvətənimizi bu işdə fəal iştirak etməyə dəvət edirik. Gəlin tariximizi unutmayaq, undulmasına da imkan verməyək. Xalqımızın qan yaddaşına yazılmış 20 Yanvar hadisələrini daha yüksək səslə bütün dünyaya car çəkək. Şərhlər, xəbərlər, bəyənmələr, paylaşmalar, qeydlər və təşviqat üçün bu linklərdən istfadə etmək mümkündür:



UBM Group həm ölkəmizdə, həm də dünyanın hər bir regionunda yaşayan soydaşlarımızı təbliğat materiallarından istifadə etməklə, sosial şəbəkələrdə, mediada və hər bir ölkədə təbliğatı gücləndirməyə dəvət edir.




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib
15.07.2019
Şamaxıda vikipediyaçıların üçüncü Vikidüşərgəsi baş tutdu
15.07.2019
İyulun 17-də Ay tutulması baş verəcək
14.07.2019
Sabahın hava proqnozu açıqlanıb
14.07.2019
Naftalanda 200 yerlik körpələr evi-uşaq bağçası üçün yeni bina tikilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info