“Qurban Qurbanov mənə şans verməyəcəyini dedi”
Tarix: 20.01.2016 | Saat: 01:14:00 | E-mail | Çapa göndər


“Mən “Roda”ya oynamağa və bu komandaya kömək etməyə gəlmişəm”. Bu sözləri “Qarabağ”ın sabiq hücumçusu Raydell Pupon deyib. “Qarabağ”dan ayrıldıqdan sonra ölkəsinin “Roda” klubu ilə anlaşan hollandiyalı futbolçu Azərbaycandakı karyerasını xatırlayıb. Hollandiya mətbuatına açıqlama verən Pupon “Qarabağ”dan ayrılmasından danışıb. O, Ağdam klubunu baş məşqçi Qurban Qurbanovun istəyi ilə tərk etdiyini bildirib: “Məşqçi mənə qarşı dürüst davrandı və şans verməyəcəyini dedi. Azərbaycanda komandalar əsas heyətdə 5 legioner oynada bilərlər. Məşqçinin fikrində mən komandanın ən yaxşı 5 legioneri sırasına aid deyildim”. Yarım il “Qarabağ”da çıxış etmiş 29 yaşlı futbolçu Azərbaycan çempionatında oynadığına görə, peşman olmadığını qeyd edib: “Qarabağ”a keçdiyimə görə heç vaxt təəssüflənməmişəm. Zəngin təcrübəyə malikəm və karyeramın sonrakı illərində də bu təcrübədən istifadə edə bilərəm. Hər kluba keçdikcə təcrübən bir qədər də artır”. “Roda”ya keçidinə də toxunan Pupon bildirib ki, yeni komandasında məqsədi əsas heyətin daimi üzvü olmaqdı: “Baş məşqçi Dariye Kaleziçlə əvvəldən yaxşı münasibətim olub. O, zəng açıb, məni komandasına dəvət edəndə uzun müddət düşünmədim. Kaleziç mənə, mən isə ona kömək edə bilərəm. “Roda”ya gəldiyim ilk gündən özümə qarşı inam hiss etdim. Bu, hücumçu üçün çox önəmlidi. Məqsədim hər həftə “Roda”nın heyətində yer almaqdı”. Qış fasiləsindən sonra “Roda”nın Hollandiya çempionatında keçirdiyi ilk oyunda (0:1) Pupon “Alkmar”a qarşı 90 dəqiqə oynayıb. Qeyd edək ki, Pupon “Qarabağ”ın heyətində ümumilikdə 23 oyunda iştirak edib və 1 qol vurub.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info