Fransada fövqəladə iqtisadi vəziyyət elan edilib
Tarix: 20.01.2016 | Saat: 01:26:00 | E-mail | Çapa göndər


Fransua Olland:
“Təhlükəsizliyin təmin edilməsindən sonra qarşıda dayanan ilk məsələ iqtisadi problemlərin həlli, ən əsası əhalinin məşğulluğunun təmin edilməsidir”
Fransa dövlət başçısı Fransua Olland ölkədə fövqəladə iqtisadi vəziyyət elan edib. Ölkənin aparıcı şirkət rəhbərləri ilə görüşdə Olland bildirib ki, terror təhlükəsi ilə əlaqədar neçə vaxtdır ki, Fransa fövqəladə vəziyyət rejimində yaşayır. İndi isə çətin iqtisadi vəziyyətlə bağlı düşünmək lazımdır. O vurğulayıb ki, Fransada iqtisadi və sosial sferada fövqəladə vəziyyət elan edilib.
Qeyd edilib ki, 68 milyon əhalisi olan Fransada 3,5 milyon işsiz var ki, bu da milli iqtisadi göstəricilərə çox pis təsir göstərir. Olland bildirib ki, ölkənin təhlükəsizliyinin təmin edilməsindən sonra qarşıda dayanan ilk məsələ iqtisadi problemlərin həlli, ən əsası əhalinin məşğulluğunun təmin edilməsidir. Davam edən iqtisadi çətinliklər səbəbindən işsizlik ölkə iqtisadiyyatının qarşısında dayanan əsas problem olaraq qalır. Fransa dövləti fövqəladə iqtisadi vəziyyət rejimində bir sıra tədbirlər həyata keçirməyə hazırlaşır. Məlumatlara görə ilk mərhələdə 2 milyard avro ayrılması nəzərdə tutulur. Bu məbləğin 500 milyon avrosu rəsmi işsiz statusunda olanların peşəkar hazırlığına yönəldiləcək. Qalan məbləğ isə yeni iş yerlərinin yaradılmasını təmin edəcək kiçik və orta biznesin inkişafı üçün daha cəlbedici şərtlərin təmin edilməsinə yönəldiləcək. Kiçik biznes üçün daha cəlbedici şəraitin yaradılması üçün nəzərdə tutulan tədbirlərdən biri də sahibkarların müxtəlif sosial fondlara ödəmələrinin ixtisar edilməsidir. Fransua Olland qeyd edib ki, hökumət yeni layihənin icrası ilə bağlı lazım olan 2 milyard avronu büdcədə müəyyən ixtisarlar etməklə əldə etməyi planlaşdırır. Amma büdcədə hansı sahədə ixtisar aparılacağı bəlli deyil. İşsizliyə qarşı mübarizə Ollandın 2012-ci ildə keçirilən prezident seçkiləri kampaniyasında əsas tezislərindən biri idi. Amma ötən müddət ərzində Fransada işsizliyin azaldılması istiqamətində heç bir addım atılmayıb, əkinə işsizlərin sayı artıb. Fransada 2017-ci ildə növbəti prezident seçkiləri keçiriləcək. Ekspertlər qeyd edir ki, Ollandın işsizliyə qarşı mübarizə kampaniyası seçkiyə hazırlığın startıdır. İqtisad elmləri doktoru Nikita Kriçevski “Komsomolskaya Pravda” nəşrinə bildirib ki, Ollandın bu açıqlaması isterikadan başqa bir şey deyil: “Elan edilən proqramın içində heç nə yoxdur. Fransa hökuməti hansı işləri həyata keçirəcək bəlli deyil. Fövqəladə iqtisadi vəziyyət rejimi vergi siyasətini daha da sərtləşdirmək imkanı yarada bilər. Çünki adi vaxtda bunu etmək o qədər asan deyil. İndi isə fövqəladə vəziyyət adı altında hər cür sərt addım ata bilər”. Strateji Analiz İnstitutunun direktoru İqor Nikolaev qeyd edib ki, dünyada, eləcə də Avropada çətin iqtisadi vəziyyət yaşanır. Onun sözlərinə görə yaxın gələcək üçün Avropa üçün yaxşı heç nə gözlənilmir. Avropa üzrə işsizliyin artım tempi də bunu göstərir: “Amma Fransanın seçki dövrünə qədəm qoyması amilini də nəzərə almaq lazımdır. Olland bununla ictimai rəyi öz tərəfinə çəkməyə çalışır”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info