“Rusiya neftin qiymətinin gözlənilməz xilaskarı ola bilər”
Tarix: 20.01.2016 | Saat: 01:33:00 | E-mail | Çapa göndər


Ole Hansen: “İstər səudiyyəlilər, istərsə də OPEK-in digər üzvləri “kənardan göstəriş” gözləyirlər”

Hazırda dünyanı ağuşuna alan iqtisadi böhran daha çox neftin qiyməti ilə əlaqələndirilir. Əsas kimi isə dünya bazarında tələblə təklifin qeyri-mütənasibliyi göstərilir və əgər neft ölkələri istehsalı azaldacağı təqdirdə neftin qiymətinin artacağı iddia edilir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı başda olmaqla, digər OPEK nümayəndələri bu istiqamətdə ilk addımın Rusiya tərəfindən atılmasını gözləyirlər. Qeyd edək ki, dünyanın əsas neft istehsalçılarından olan Oman sultanlığı da neft istehsalını məhdudlaşdırmağa hazır olduğunu elan edib. Sultanlığın neft naziri neft istehsal edən digər ölkələri də belə bir addım atmağa çağırıb. Bütün bu çağırışlara baxmayaraq, hələ ki, neftin qiyməti ucuzlaşmaqda davam edir. Lakin “MarketWatch” nəşri iddia edir ki, məhz Rusiya neftin qiymətinin gözlənilməz xilaskarı ola bilər. “İrana qarşı tətbiq edilmiş qadağaların aradan götürülməsi bu ölkənin dünya bazarına daha çox neft çıxaracağı ilə bağlı narahatlıq doğursa da, belə görünür ki, Rusiya hələ də öz saatını gözləyir”. Bu fikirləri britaniyalı icmalçı Sara Sdjolin bildirib. Əgər Rusiya neft istehsalını azaldarsa, bu zəncirvari reaksiyaya səbəb ola və neftin qiymətində yüksəlişə gətirib çıxara bilər. “Saxo Bank”ın analitiki Ole Hansenə görə, belə bir ssenari ehtimalının nəzərdən keçirilməsi müəyyən effekt verə bilər: “Rusiya bununla Səudiyyə Ərəbistanına mesaj göndərə bilər: bəlkə, ötən ilin dekabrından bəri üç dəfədən artıq enməkdə olan neftin qiyməti barədə yenidən düşünək. Axı bu, bizə olduqca zərər gətirir”. “MarketWatch” nəşri yazır ki, Səudiyyə Ərəbistanı son bir neçə ayda neftin qiymətinin 30 dollardan aşağı düşməsinə baxmayaraq, inadla istehsalı azaltmaqdan imtina edir. Səudiyyəlilərin bu qərarı daha çox ABŞ-da şist neft hasilatının artması ilə bağlıdır və dünya iqtisadiyyatının problemləri fonunda yanacağa tələbatı mümkün qədər azaltmağa hesablanıb. Lakin analitik Hansen başqa fikrindədir. O iddia edir ki, istər səudiyyəlilər, istərsə də OPEK-in digər nümayəndələri “kənardan göstəriş” gözləməkdədir. Lakin bu ölkələrdən fərqli olaraq, Rusiyanın neft istehsalını azaltması, bazarları sabitləşdirmək üçün lazımi bir addım olacaq. Qeyd edək ki, rəsmi məlumatlara görə, keçən ilin dekabrında Neft İxrac Edən Ölkələr Təşkilatının xam neft hasilatı 32 milyon 180 min barelədək geriləyib. Bu barədə OPEK-in aylıq hesabatında deyilir. Bildirilir ki, ötən ilin dekabrda OPEC-in xam neft hasilatı noyabr ayı ilə müqayisədə gündəlik 211 min barel azalaraq 32 milyon 180 min barel olub. OPEC-ə üzv ölkələr arasında neft hasilatı ən çox Nigeriya, Səudiyyə Ərəbistanı, İraq, Küveyt və Venesuelada azalıb. Həmin ay İran, Liviya və Birləşmiş Ərəb Əmirliklərində isə hasilat artıb. Hesabata görə, 2015-ci ildə gündəlik 92,92 milyon barel olan qlobal neft tələbatı bu il gündəlik orta hesabla 1,26 milyon barel artaraq 94,17 milyon barel olacaq. Bu il OPEC-in xam neft tələbatı isə 2015-ci illə müqayisədə gündəlik orta hesabla 1,7 milyon barel artaraq 31,6 milyon barel təşkil edəcək.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info