Londonda 20 Yanvar faciəsi ehtiramla yad edilib
Tarix: 21.01.2016 | Saat: 15:12:00 | E-mail | Çapa göndər


Azərbaycanın Böyük Britaniyadakı səfirliyində 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Tədbirdə Londonda səfərdə olan Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, səfirliyin əməkdaşları, Britaniyanın və Azərbaycanın ictimai-siyasi xadimləri, elm və incəsənət adamları, ictimaiyyət və diaspor nümayəndələri, bu ölkədə təhsil alan və yaşayan həmvətənlərimiz iştirak ediblər.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra 20 Yanvar hadisəsi ilə bağlı sənədli film nümayiş etdirilib.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə bildirib ki, 26 il öncə Azərbaycan xalqının həyatında kədərli bir gün yaşandı. Bu gün kədərli idi, çünki onlarla həmvətənimizin həyatına vəhşicəsinə son qoyuldu. Lakin bu kədər günü, eyni zamanda, Azərbaycan xalqının müstəqilliyə gedən yolunda bir qığılcım oldu. 20 Yanvar faciəsi haqqında məlumat verən səfir bildirdi ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsindən, keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından, yerli hakimiyyətin xəyanətkarlığından hiddətlənən və bu ədalətsizliyə etirazını bildirmək üçün Bakının küçələrinə, meydanlarına çıxan dinc əhaliyə 1990-cı ilin yanvar günlərində qanlı divan tutuldu. Lakin bu hadisə xalqımızın iradəsini qıra bilmədi və bu azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi ilə nəticələndi. 26 il bundan əvvəl bu qanlı hadisənin qurbanı olan şəhidlər xalqımızın yaddaşında və qəlbində əbədi yaşayacaqlar.
Tədbirdə digər çıxış edənlər də xalqımızın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunmuş 20 Yanvarın həm şəhidlərimizin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günü olduğunu qeyd ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info