Polşada təhsil alan azərbaycanlı tələbələrin 20 Yanvarla bağlı aksiyası
Tarix: 20.01.2016 | Saat: 15:25:00 | E-mail | Çapa göndər


Yanvarın 19-da Polşanın paytaxtı Varşavada ,müxtəlif universitetlərdə təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə 20 Yanvar faciəsi Polşa içtimaiyyətinə daha fərqli üsulda çatdırılıb.Aksiyada iştirak edən tələbələr Nail Əhməd,Rasul Mammədov, Məhərrəm Qarayev və Kamil Babayev üzərində 20 Yanvar faciəsini əks etdirən kiçik bukletləri, qərənfillərlə birlikdə şəhər sakinlərinə paylayıblar.Azərbaycanın Polşadakı Səfirliyi tərəfindən hazırlanmış bröşurların üzərində 20 Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən zülmlər haqqında Polyak dilində geniş məlumat verilib .Aksiya zamanı tələbələr şəhər sakinlərinə sovet qoşunlarının Bakıya müdaxiləsi və dinc əhaliyə qarşı törətdiyi qətliam və bu qanlı faciənin baş verməsindən öncəki və sonrakı hadisələrin tarixi haqqında məlumat verilib. Və bu faciənin Azərbaycan xalqının iradəsini qıra bilmədiyini və xalqımızın öz amalları uğrunda daha qətiyyətlə mübarizə aparmasına səbəb olduğunu bildirilib.Qeyd edək ki bu təşəbbüs Varşavanın mərkəzində həyata keçirilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info