“Batumi Post”da baş konsulun 20 Yanvara aid məqaləsi dərc edilib
Tarix: 21.01.2016 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Batumidə yayımlanan “Batumi Post” qəzetində baş konsul Rəşad İsmayılovun 20 Yanvar faciəsindən bəhs edən məqaləsi dərc edilib. Məqalədə qeyd olunur ki, 1990-cı ilin “Qanlı Yanvarı” kimi tanınan hadisələr respublika üzərində sovet nəzarətinə son qoyan bir qığılcım oldu və bütün dünya azərbaycanlılarının yaddaşında Azərbaycan xalqına qarşı ən qəddar, zorakı və qeyri-insani hadisələrdən biri olaraq həkk edildi.
20 Yanvar faciəsinin törədilməsinin səbəb və nəticələrindən bəhs edən baş konsul diqqətə çatdırır ki, 1980-ci illərin sonlarında Sovet İttifaqında cərəyan edən hadisələr, ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddialarına sovet rəhbərliyi tərəfindən ikili standart tətbiq edilərək Ermənistanın haqsız iddialarına dəstək verməsi və buna etiraz əlaməti olaraq, Azərbaycan xalqınin meydanlara axışaraq kommunist rejiminə etimadsızlıq göstərməsi, totalitar sovet rejimi tərəfindən amansız qətliama səbəb olmuşdur.
Məqalədə bildirilir ki, bu qanlı hadisə azərbaycanlıları öz müstəqillik yolundan döndərə bilməmiş və Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyinə qovuşub. Oxuculara məlumat verilir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fərmanı ilə 20 Yanvar qurbanlarına "20 Yanvar şəhidi" fəxri adı verilib. Azərbaycan xalqı şəhidlərin xatirələrini daim əziz tutur və hər il yanvarın 20-də Bakı şəhərinin ən yüksək zirvəsində yerləşən Şəhidlər xiyabanını ziyarət edirlər.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info