Marneulidə 20 Yanvar hadisələri yad edilib
Tarix: 20.01.2016 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Marneulidə Azərbaycanda 20 yanvar tarixində baş vermiş qanlı hadisələr yad edildi. Bu haqda AMM-nin mətbuat xidmətinin rəhbəri Nərgiz Əliyeva məlumat verib. Faciənin 26-ci ildönümünə həsr olunmuş tədbiri AMM-nin rəhbəri Fazil Həsənov açaraq Sovet ordusunun öz vətəndaşlarına qarşı törətdiyi cinayəti pislədi, qeyd etdi ki eyni tipli hadisələr keçmiş sovet məkanının bir çox ölkəsində baş verdi, "Tbilisidə 9 aprel hadisələri zamanı da insan tələfatı baş vermişdir, lakin, ən çox şəhid verən ölkə Azərbaycan oldu.Bakıdakı hadisələr bizi -Gürcüstanda yaşayan azərbaycanlıları çox sarsıtmışdır"-deyən Fazil Həsənov hadisələr haqqında ətraflı məlumat verdi.
Gürcüstan Parlamentinin üzvü mahir Dərziyev çıxışında bu hadisələrin müstəqillik uğrunda qəhramanlıq göstərən şəhidlərin və sadə xalqın qazandığı uğurdur diyə qeyd etdi, "müstəgillik asantlıqla qazanılmayıb, bunun üçün qəhraman Azərbaycan oğulları mübariz olub canlarını qurban verməyə hazır olub."-deyə Mahir Dərziyev vurğulayıb.
Tədbirdə çıxış edən "Qeyrət" xalq hərəkatının sədri Əlibala Əsgərov 20 Yanvar hadisələri zamanı Gürcüstandan Azərbaycana dəstək üçün humanitar yardımların göndərildiyinindən danışdı. Əslən Gürcüstanın Faxralı kəndindən olan hadisələrdə fəal iştirak edib şəhid olanlardan biri də İlqar Əhmədov olub, onun yaxınları çıxış edərək gəncin vətənpərvərliyindən danışdı.
Tədbirdə Marneuli rayon icra başçısının müavini Kamandar İsmayılov və rayon bələdiyyəsinin rəhbəri Nəbi Abdullayev, Azərbaycan Respublikasının Gürcüstanda Səfirliyinin əməkdaşları, Gürcüstan Parlamentinin üzvləri, QHT və ictimayyət nümayəndələri, gənclər, ziyalılar iştirak etdilər.
Sonda Qanlı Yanvara həsr olunmuş sənədli film nümayiş olundu.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info