“The Washington Post“: “Kris Smitin layihəsi keçməyəcək”
Tarix: 21.01.2016 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


“ABŞ-Azərbaycan tərəfdaşlığı 3 əsas strateji faktorla izah oluna bilər: Azərbaycanın Mərkəzi Asiyanı Avropa ilə birləşdirən enerji tranziti kimi əhəmiyyəti, Əliyevin Rusiyanın Gürcüstan və Ukraynanın suverenliyini pozmasına müqaviməti, Azərbaycanın terrorizm və şiə radikalizminə qarşı ABŞ-la həmrəyliyi”.
APA-nın xəbərinə görə, bu barədə Samuel Ramaninin “The Washington Post” qəzetində dərc olunan yazısında bildirilib.
Müəllif bildirib ki, ötən ilin dekabrında konqresmen Kris Smit tərəfindən təqdim edilən, Azərbaycanın yüksək səviyyəli rəsmilərinə viza verilməməsi ilə bağlı layihə çətin ki, qəbul edilsin. Yazıda qeyd olunur ki, Türkmənistan Transxəzər qaz kəmərinin tikintisini həyata keçirə bilsə, Azərbaycan qlobal enerji ticarətində daha vacib rol oynayacaq: “Bu qaz kəməri dünyada təbii qaz ehtiyatlarına görə dördüncü olan Türkmənistanı Avropa İttifaqı ilə birləşdirəcək və Bakını tranzit enerji şəbəkəsinin mərkəzinə çevirəcək. Çünki Xəzər dənizindən gələn sabit enerji axını Avropanın Rusiya qazından asılılığını azaldacaq və İranın təsirini məhdudlaşdıracaq. Bu da ABŞ-ın müttəfiqlərini uzunmüddətli düşmənlərə qarşı gücləndirəcək”.
Yazıda bildirilir ki, Azərbaycan diqqətli şəkildə öz xarici siyasətini Rusiya və Qərb arasında balanslaşdırıb, Rusiyanın neo-imperiya təşəbbüslərinə həmişə ehtiyatlı yanaşıb. Müəllifin sözlərinə görə, 11 sentyabr hadisələrindən sonra Azərbaycan ABŞ-la terrorizmlə mübarizə sahəsində fəal əməkdaşlıq edib: “ABŞ-ın Avropa və Yaxın Şərqdəki müttəfiqləri 2003-cü il İraq müharibəsinə qarşı çıxsalar da, Azərbaycan ABŞ-a hava məkanını açmışdı. Azərbaycan ABŞ-ın Xəzər hövzəsində “İŞİD”ə qarşı mübarizədə yeganə müttəfiqidir. Bu faktor özü də ABŞ-ın Əliyevi kənarlaşdırmasını istisna edir. Qısası, ABŞ-ın Əliyev hakimiyyətinin əleyhinə getmək istəməməsi Azərbaycanın ABŞ ilə strateji hədəflər sahəsində əməkdaşlıq etməsi ilə izah oluna bilər. Enerji məsələləri, “İŞİD” və digər terror təşkilatları ilə mübarizə, Rusiya aqressiyasının qarşısının alınması ABŞ siyasətçiləri üçün vacib məsələlərdir".




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21.03.2019
Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21.03.2019
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21.03.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
20.03.2019
ABŞ Prezident İlham Əliyevin əfv sərəncamını alqışlayır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


22.03 09:12 AFR bundestaqının büdcə komitəsi martın 20-də sabiq prezidentlərə və kanslerlərə xidmət göstərən heyətin ixtisar edilməsi, habelə sabiq prezidentlərin və kanslerlərin əlavə gəlirlərinin olması müəyyən edilsə, onların pensiyalarının məbləğinin azaldılması barədə qərar qəbul edib. AZƏRTAC xəbər verir ki, istefada olan dövlət başçısının sərəncamında yalnız bir sürücü, bir dəftərxana işçisi, iki yardımçı referent və bir katib qalacaq. Səfərləri zamanı sabiq dövlət başçısının komandasının deyil, yalnız özünün pulu büdcədən ödəniləcək. Pensiyalara əlavələr olanda “sabiqlərin“ əlavə gəlirləri nəzərə alınacaq. Bundestaqda gizlətmirlər ki, deputatları bu addımı atmağa ölkənin sabiq kansleri Gerhard Şröderin “Qazprom“la münasibətləri sövq edib.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info