Kiçik çillə başa çatdı
Tarix: 20.02.2013 | Saat: 14:10:00 | E-mail | Çapa göndər


Şərq xalqlarının həyatında təbiət hadisələrinin özünəməxsus rolu olub ki, bunun nəticəsində də bir sıra ayin və mərasimlər yaranıb. Eləcə də
Azərbaycanda təbiət hadisələri xalqın inanclarında özünəməxsus yer tutur. Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, dekabrın 22-dən qış fəsli başlayıb.
Xalq təqvimində qış fəsli 3 hissəyə bölünür. Böyük çillə 40, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün boz ay adlanır.
Məlumata görə, bu təqvimlə dekabrın 21-dən yanvarın 30-dək böyük çillə, yanvarın 31-dən fevralın 19-dək kiçik çillə, fevralın 20-dən martın 20-dək boz ay davam edir.
Xalq inanclarına görə, Azərbaycan ərazisində qışın oğlan çağı – kiçik çillə fevralın 20-də başa çatır. Kiçik çillə adətən şaxtası, sazağı, qarı-çovğunu ilə fərqlənir. Bu ildə də fevralın 20-də kiçik çilləni yola salır, boz ayı qarşılayırıq. Bundan sonra havalar tədricən isinməyə doğru gedəcək. Boz ay martın 20-də başa çatacaq. Azərbaycan ərazisində baharın gəlişi isə martın 20-si Bakı vaxtı ilə təxminən saat 09:14 radələrində baş verəcək.

Asif




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb
15.02.2019
Neftçalakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir
15.02.2019
Aldığınız məhsulu barkod ilə necə yoxlaya bilərsiz?
15.02.2019
Gədəbəy Rayon İcra Hakimiyyəti öz “asan xidmət”ini yaratdı
14.02.2019
Binəqədi RİH yanında İctimai Şura Uşaq Gənclər İnkişaf Mərkəzində tədbir keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info