Səfir Daşqın Şikarov etimadnamələrin surətini BƏƏ-də təqdim edib
Tarix: 21.01.2016 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Cari ilin 20 yanvar tarixində səfir Daşqın Şikarov etimadnamələrin surətini Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər nazirinin birinci müavini Məhəmməd Mir Abdullah Ər-Rəisiyə təqdim edib.
Dost və qardaş BƏƏ-yə səfir vəzifəsinə təyin olunmasından məmnunluğunu bildirən səfir Azərbaycanı və Ərəb Əmirliklərini bağlayan dostluq və əməkdaşlıq əlaqələrinin daha yeni müstəviyə çıxarmaq istiqamətində səylərini əsirgəməyəcəyini vəd edib.
D.Şikarov BƏƏ-nin Vitse-Prezidenti, Baş naziri, Dubay Əmirliyinin hakimi Şeyx Məhəmməd bin Raşid Əl Maktumun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfərini xatırladaraq, bu səfərin xüsusən də AR-BƏƏ siyasi əlaqələrinin möhkəmləndirilməsi baxımından önəmli olduğunu xüsusilə qeyd edib.
Azərbaycan səfirini təyinatı münasibətilə təbrik edən nazirin 1-ci müavini ona yeni vəzifəsində müvəffəqiyyətlər diləmiş və vəzifə səlahiyyətləri daxilində istənilən məsələdə yardım etməyə hazır olduğunu diqqətinə çatdırmışdır.
XİN rəsmisi Şeyx Məhəmməd bin Raşidin Bakıya səfərinə keçərək, həmin səfərin uğurla keçdiyini vurğulayıb, yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli çəkisini xüsusilə qeyd edib.
Nazirin 1-ci müavini ilə görüşün ardınca BƏƏ xarici işlər nazirinin Protokol məsələləri üzrə müavini Şihəb Əl-Fəhim ilə görüş baş tutub.
Səfir D.Şikarovu təyinatı münasibətilə təbrik edərək, nazir müavini fəaliyyətində uğurlar diləyib və fəaliyyətinin uğurlu olması üçün lazımi dəstək verməyə hazır olduğunu diqqətinə çatdırıb.
Səfir məhz Azərbaycana dost və qardaş ölkəyə təyinatından sevinc hissi duyduğunu deyərək, fəaliyyət göstərəcəyi müddət ərzində iki dost və qardaş ölkə arasındakı əlaqələrdə hərtərəfli yüksəlişə nail olmağa səy göstərəcəyini vurğulayıb.
Hər iki görüşdə müqabil tərəfə torpaqlarımızın Ermənistan tərəfindən işğalı, Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar haqqında dolğun məlumat verilib, münaqişə ilə bağlı BƏƏ-nin dəyişməz mövqeyinin Azərbaycanda yüksək dəyərləndirildiyi qeyd edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır
20.11.2018
Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlığın kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var
20.11.2018
Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info