“Multikulturalizm ili”nin elan olunmasından irəli gələn vəzifələr müzakirə edilib
Tarix: 21.01.2016 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Slavyan Universiteti (BSU) və Yaradıcılıq Fondu rəhbərlərinin iştirakı ilə Azərbaycanda “Multikulturalizm ili”nin elan olunmasından irəli gələn vəzifələr müzakirə edilib.
Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Mərkəzin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev çıxışında bildirib ki, Prezidentin müvafiq Sərəncamı yeni hədəfləri müəyyənləşdirib, BBMM-in məsuliyyətini daha da artırıb: “Multikulturalizm Mərkəzi yarandığı vaxtdan etibarən cənab Prezidentin müəyyənləşdirdiyi - Azərbaycanı dünyada tanıtmaq hədəfini özünün prioritet istiqaməti elan edib. 2016-cı ilin “Multikulturalizm ili” elan olunması Multikulturalizm Mərkəzinə etimadın göstəricisi olmaqla bərabər, həm də bu qurumun məsuliyyətini artırır, qarşıya yeni vəzifələr qoyur. Bu o deməkdir ki, Multikulturalizm Mərkəzi əvvəlkindən daha artıq səylə üzərinə düşən vəzifələri yerinə yetirməlidir və yetirəcək”.
Çıxışlardan sonra Prezidentin Sərəncamına uyğun olaraq Bilik Fondu, BSU və Yaradıcılıq Fondunun təklifləri dinlənilib. Toplantıda “Multikulturalizm ili” ərzində dünyanın müxtəlif ölkələrində, eləcə də ölkəmizin bəzi bölgələrində BBMM-in filiallarının yaradılması, müxtəlif konfrans, simpozium və kollokviumların təşkili, Azərbaycan multikulturalizminə aid beynəlxalq elektron kitabxananın yaradılması, etnik qruplarla bağlı nəzərdə tutulan müxtəlif layihələr və sair təkliflər müzakirə edilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Təqaüdlərin artırılması dövlətin tələbə gəncliyə göstərdiyi böyük qayğının daha bir əməli ifadəsidir”
15.02.2019
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15.02.2019
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15.02.2019
Sahil Babayev Neftçalada 5 rayonun sakinləri ilə görüşüb
15.02.2019
Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info