AMEA Xəzər Strateji Araşdırmalar İnstitutu ilə əməkdaşlığı genişləndirir
Tarix: 21.01.2016 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Xəzər Strateji Araşdırmalar İnstitutunun (HASEN) baş katibi Haldun Yavaşın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) olub. Akademiyadan  bildirilib ki, görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu diqqətə çatdırıb. Akademik vurğulayıb ki, bu Sərəncam AMEA ilə HASEN-in əməkdaşlığı üçün geniş perspektivlər vəd edir. HASEN-in fəaliyyəti və reallaşdırdığı layihələr barədə məlumat verən H.Yavaş bu qurumun Xəzər bölgəsi ilə bağlı araşdırmaların aparılması, beynəlxalq münasibətlər, təhlükəsizlik, iqtisadiyyat, elm, təhsil, mədəniyyət və ətraf mühitin mühafizəsi istiqamətində fəaliyyət göstərən tədqiqat mərkəzi olduğunu söyləyib. İnstitut tərəfindən elmi araşdırmaları və müzakirələri genişləndirmək məqsədilə müxtəlif beynəlxalq görüş və treninqlərin təşkil edildiyi bildirilib. Multikulturalizm siyasətinə kömək göstərən proqramların, layihələrin işlənib hazırlanmasını və reallaşdırılmasını zəruri hesab edən HASEN-in baş katibi bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib. Görüşdə, həmçinin “Azərbaycan multikultralizmi” mövzusunda müzakirələr aparılıb, görüləcək işlər, birgə layihələr barədə təkliflər səsləndirilib. Hər iki tərəfin iştirakı ilə təqdimat, “dəyirmi masa” və konfransların keçirilməsi, eləcə də nəşrlərin hazırlanması və çap edilməsi planlaşdırılıb.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info