BANM-in tələbəsi, Prezident təqaüdçüsü Nadir Namazov: “Hər bir uğur zəhmət nəticəsində qazanılır”
Tarix: 21.01.2016 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


Namazov Nadir Mehdi oğlu 1997-ci il noyabr ayının 24-də Bakı şəhərində anadan olub. 2004-cü ildə Nizami rayonu Kamil Əliyev adına 61 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. 2011-ci ildən isə Kimya-Biologiya təmayüllü respublika liseyində təhsilini davam etdirib. Müxtəlif siniflərdə oxuyarkən məktəb tərəfindən fəxri fərmanlara layiq görülüb. 2015-ci ildə 11-ci sinifdə oxuyarkən “Məktəblilərin Fənn Olimpiadasında” kimya fənni üzrə iştirak edib və respublika mərhələsində 3-cü yer tutaraq bürünc medala layiq görülüb. Eyni zamanda, Beynəlxalq Kimya Olimpiadasında Azərbaycan üzrə təsnifat mərhələsinin finalında iştirak edib. Orta məktəbi qızıl medalla başa vuran N.Namazov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi qəbul imtahanında 695 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisasına daxil olub, Prezident təqaüdçüsüdür.
- Qəbul imtahanı necə keçmişdi? İmtahandan qabaq və imtahandan sonra hansı təəssüratlarla yadda qalıb?
- Qəbul imtahanı yüksək səviyyədə və şəffaf şəkildə keçdi. Təbii ki, imtahandan əvvəl həyəcanlı idim. Amma bu xoş bir həyəcan idi, çünki müəllimlərimin, valideynlərimin, mənim özümün də əziyyətimin bəhrəsini görməyimizə bir neçə saat qalmışdı. 695 bal topladığımı biləndə sevincimin həddi-hüdudu yox idi. Daha sonra BANM-in Prezident təqaüdçülərindən biri olduğum təsdiqlənəndə üzərimə daha çox məsuliyyət düşdüyünü və irəlidə daha çox zəhmət çəkməli olduğumu anladım.
- Sınaq imtahanlarında nəticələrin necə olub? Qəbul imtahanında yüksək bal toplayacağına özün və yaxın ətrafın inanırdımı?
- TQDK-nın keçirdiyi hər sınaq imtahanlarında daha yüksək nəticə toplayırdım və ən son 675 bal toplamışdım. Lakin bununla belə, yenə də səylə oxumağa davam edirdim və bu məndə qəbul imtahanında yüksək nəticə göstərəcəyimə inam yaratmışdı.

- İmtahanda 600 baldan yüksək nəticəni göstərmək üçün abituriyent hansı öhdəlikləri üzərinə götürməlidir və ixtisas seçimini necə etməlidir?

- Bəzi şagirdlər “gələcəkdə repetitor yanına gedəcəyik” deyib, məktəb vaxtı dərslərinə etinasız yanaşırlar. 6-7 illik dərs proqramını 1-2 ilə tamamilə mənimsəmək demək olar ki, qeyri-mümkündür. 600-dən yuxarı nəticəni, ümumiyyətlə, aşağı siniflərdən məktəb dərslərini vaxtlı-vaxtında oxumaq və tam mənimsəməklə əldə etmək olar. Lakin daha yüksək nəticə əldə etmək üçün abituriyentlər daha çox çalışmalıdırlar, müxtəlif vəsaitlərdən istifadə etməli, mövzuları mütəmadi olaraq təkrarlamalı, zəif bildiyi mövzular üzərində çox çalışaraq həmin mövzular üzrə biliyini möhkəmləndirməli və vaxtı düzgün şəkildə bölərək sistemli şəkildə oxumalıdırlar. Təbii ki, hər bir uğur zəhmət nəticəsində qazanılır. İxtisas seçiminə gəldikdə isə, öz bacarıqlarına, biliklərinə uyğun gələn, özünü daha yaxşı hiss edəcəyin və daha yaxşı inkişaf etdirə biləcəyin bir ixtisası seçmək lazımdır.
- Niyə məhz bu ixtisası və BANM-i seçdin və bu seçimi etdikdə qarşına hansı məqsədləri qoydun?
- Öz göstəriciləri, dünyanın bir sıra nüfuzlu ali məktəbləri və transmilli şirkətləri ilə əməkdaşlığın qurulması, təhsil proqramı, müasir laboratoriyalar, həmçinin ictimai həyatın səmərəli təşkili üçün yaradılan şərait mənim bu ali məktəbi seçməyimdə əsas rol oynadı. Bu ali məktəbdə oxumaq qürurverici bir hissdir, çünki Azərbaycanın ən yüksək səviyyəli ali təhsil ocağında təhsil alıram. BANM-in dünyanın yüksək səviyyəli universitetləri arasında olacağı şübhəsizdir. Bakı Ali Neft Məktəbi mənim uğurlarımı davam etdirməyim üçün ən ideal bir yerdir. Burda oxuduğum qısa bir müddət ərzində anladım ki, BANM-də arzuladığımdan daha çox nailiyyətlər əldə edə bilərəm və əlbəttə, bunun üçün etməli olduğum tək iş daha çox çalışmaqdır. Bu ixtisası seçərək dünya səviyyəli mühəndis olmaq və gələcəkdə Azərbaycanı dünyada tanıdacaq aparıcı bir mütəxəssis olmaq üçün əlimdən gələni edəcəm.

- BANM-də ali təhsil almaq arzusunda olan abituriyentlərə nə məsləhət görərdin? Burdakı təhsili necə dəyərləndirirsən?

- BANM-ə qəbul olmaq üçün lazım olan keçid balı hər il daha da artır və bu ilki minimal keçid balının 659 olması abituriyentlərin üzərinə necə bir məsuliyyət düşdüyünun göstəricisidir. BANM-də oxumaq hər bir tələbə üçün böyük üstünlükdür. Ali məktəbi bitirəcək hər bir tələbə gələcəyin yüksək ixtisaslı mühəndisidir.

- Özünü gələcəkdə harada görürsən və gələcək üçün planların?
- Yaxşı oxumaqla seçilən tələbələrdən biri olaraq ali məktəbi fərqlənmə ilə bitirmək istəyirəm. Təhsilimi xaricdə davam etdirmək, Vətənim və xalqım üçün xeyirli biri olmaq üçün çalışacağam.

Nigar






 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info