“Cənub” qaz dəhlizi İran üçün cəlbedici layihədir”
Tarix: 22.01.2016 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


“Bakı 2014-cü ildən bu istiqamətdə fəal iş aparır. Bu layihənin ikinci mərhələsi Türkiyə ərazisindən keçən TANAP kəmərinin inşasıdır. Üçüncü mərhələ isə bu layihənin növbəti hissəsi kimi TAP-ın yaradılmasıdır. Qeyd edilən bu layihələri Avropa İttifaqı da aktiv şəkildə dəstəkləyir”
Böyük qaz ehtiyatlarına sahib olan İran sanksiyaların aradan qaldırılmasından sonra Avropa bazarına çıxış axtarır. “Vzqlyad” nəşri yazır ki, sanksiyaların ləğv edilməsi Tehranın qarşısında Avropa bazarı, “Cənub” qaz dəhlizinin qapılarını açıb.
Nəşr qeyd edir ki, belə vəziyyətdə Avropa bazarının əsas qaz təminatçısı olan “Qazprom”a rəqib yaranır. İranın milli qaz şirkətinin rəhbəri Əzizolla Ramezani “Mehr” agentliyinə müsahibəsində bildirib ki, Tehran qaz almaq istəyən bütün ölkələrə, əsas də Avropa bazarına maye yanacaq ixrac etməyə hazırlaşır. O qeyd edib ki, İranın qaz ixrac etdiyi ölkələrin xəritəsi qonşu ölkələrlə məhdudlaşmamalı, Avropa İttifaqına üzv olan ölkələr də gündəmə daxil edilməlidir: “Avropaya qaz ixracı beynəlxalq siyasi üstünlük və əlavə iqtisadi gəlir deməkdir. Bu gün Rusiya 3 min km-lik kəmərlə Avropaya qaz ixrac edir. Bunu biz də edə bilərik”. Onun sözlərinə görə Avropaya qaz ixracı üçün müxtəlif marşrutlar işlənir: “Avropaya qaz ixracı Qara dəniz, İraq, Suriya, Türkiyə vasitəsilə və ya müxtəlif kəmərlərlə həyata keçirilə bilər”.

“İranın öz qazını kəmərlər vasitəsilə Avropaya çıxarması daha uğurlu ola bilər. İran sanksiya altında olarkən Azərbaycan və Türkmənistan Avropa İttifaqı ilə qaz ixracı ilə bağlı fəal iş aparıb. Burada söhbət “Cənub” qaz dəhlizindən gedir. Hansı ki, İran həmişə bu layihəyə maraq göstərib”

“Vzqlyad” nəşri yazır ki, İranın qaz ixracını artırmağı iki yolla həyata keçirə bilər - qaz kəməri və tanker vasitəsilə sıxılmış maye halda. Sanksiyaların aradan qaldırılmasından sonra hər iki variantın reallaşması mümkündür. Amma ekspertlər hesab edir ki, İran qısa müddət ərzində bu istəyini reallaşdıra bilməyəcək. İran sanksiya dönəmində qaz ehtiyatlarını işlənməsinə lazımi qədər sərmayə yatıra bilməyib. Tehran bəyan edir ki, 700 milyon kubmetr qaz istehsalını 1 milyon kubmetrə, gündəlik ixracı isə 2018-ci ilə qədər 200 milyon kubmetrə çatdıra bilər. İran ildə 70 milyard kubmetrdən çox qaz ixracı etməyi planlaşdırır. Sanksiyaların ləğv edilməsi işin bir tərəfidir. İkinci əsas məsələ bu işlərin həyata keçirilməsi üçün külli miqdarda sərmayə cəlbidir. “Qazprom”un Avropaya satdığı illik 160 milyard kubmetr qazın yanında 70 milyard kubmetr qaz o qədər də böyük görünmür. Üstəlik 70 milyard kubmetrlik illik qaz ixracını hansı yolla Avropa İttifaqı ölkələrinə ixracı da qeyri-müəyyəndir. Bunun üçün lazım olan yeni infrastruktur da yaradılmalıdır. Bu isə 2020-ci ilə qədər vaxt apara bilər. Hələlik İran üçün Pakistan, İraq, Türkiyə kimi qonşu ölkələrə qaz ixrac etmək daha sərfəlidir. Enerji məsəlləri üzrə ekspert Aleksey Qrivaç “Vzqlyad”a bildirib ki, İranın lazımi miqdarda ehtiyatı olsa da, onu bazara çıxarmaq üçün infrastrukturu yoxdur: “Hazır bazar yox, yeni investisiya yox. Bu məqsədlə Berlində məsləhətləşmə keçirilib. İnvestorlar tapılsa belə, qazın bazara çıxarılması vaxt aparacaq”. İran sıxılmış qaz istehsalı ilə bağlı zavodun inşası ilə üçün Almaniyanın “Linde” şirkəti ilə hələ sanksiyadan əvvəl müqavilə imzalamışdı. Sanksiyalar tətbiq ediləndən sonra zavodun inşası yarımçıq dayandı. İran həmin zavodun inşasını başa çatdırmağı və Avropaya sıxılmış qaz ixracı etməyi də planlaşdırır. Artıq bir sıra Avropa ölkələri ilə bu istiqamətdə danışıqlar aparılır. Bu layihələrin də yaxın 3 il içində reallaşması nəzərdə tutulur. Sıxılmış qaz ixracı investisiya ilə yanaşı, üstəlik yeni texnologiya da tələb edir ki, bu gün də onlar İranda yoxdur. Bu gün Avropada kifayət qədər sıxılmış qaz terminalları var və onların 80 faizi boşdur. Məsələ ondadır ki, Avropa dövlətləri sıxılmış qaz almağa maraq göstərmir. Bunun səbəbi sıxılmış qaz almağın qaz kəməri ilə almaqdan iki dəfə baha başa gəlməsidir. “Vzqlyad” yazır: “İranın öz qazını kəmərlər vasitəsilə Avropaya çıxarması daha uğurlu ola bilər. İran sanksiya altında olarkən Azərbaycan və Türkmənistan Avropa İttifaqı ilə qaz ixracı ilə bağlı fəal iş aparıblar. Burada söhbət “Cənub” qaz dəhlizindən gedir. Hansı ki, İran həmişə bu layihəyə maraq göstərib. İndi sanksiyaların ləğvindən sonra İranın bu layihədə iştirakı qarşısında heç bir əngəl qalmayıb. İranın qaz ehtiyatı qonşu Azərbaycandan çoxdur. Amma Azərbaycan sanksiyalar dönəmində “Şahdəniz” qazının Avropa bazarına ixracı ilə bağlı uğurlu danışıqlar həyata keçirərək vəziyyətdən doğru şəkildə istifadə edə bilib. “Cənub” qaz dəhlizi indiyə qədər mövcud olan Bakı-Tiflis-Ərzurum kəmərinin genişləndirilməsi deməkdir. Bakı 2014-cü ildən bu istiqamətdə fəal iş aparır. Bu layihənin ikinci mərhələsi Türkiyə ərazisindən keçən TANAP kəmərinin inşasıdır. Üçüncü mərhələ isə bu layihənin növbəti hissəsi kimi TAP-ın yaradılmasıdır. Qeyd edilən bu layihələrin Avropa İttifaqı da aktiv şəkildə dəstəkləyir. Plana əsasən “Şahdəniz”dən çıxan Azərbaycan qazı əvvəl nəzərdə tutulan vaxtdan bir il tez, 2018-ci ildə Türkiyəyə çatdırılacaq. Sanksiyaların ləğvindən sonra bu layihə İran üçün çox cəlbedicidir. “MFX Broker” firmasının eksperti Robert Novak hesab edir ki, bu layihəyə qoşulmaqla İran yerli infrastrukturuna 15 milyard avro əlavə investisiya yatıra, yaxın 2-3 il içində ÜDM-ini 4 faiz artıra bilər. Bu layihə çərçivəsində Azərbaycan Avropaya 10 milyard kubmetr qaz satacaq. İran isə daha böyük həcmdə qazı bazara çıxara bilər”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info