“Ermənistanın heç bir qızıl ehtiyatı qalmayıb”
Tarix: 22.01.2016 | Saat: 01:03:00 | E-mail | Çapa göndər


“Ac insanların sayı artan Ermənistanda iqtisadiyyat hər an dağıla bilər”
“Ermənistanın heç bir qızıl ehtiyatı qalmayıb. Bu günə qədər biz yalnız köçürmələrdən asılı olmuşuq”. Bu sözləri Rusiya rublunun qiymətdən düşməsi və bunun Ermənistan iqtisadiyyatına birbaşa təsirinə istinad edərək Daşnaksütyun fraksiyasından olan iqtisadçı deputat Arsvik Minasyan bildirib. Təbii ki, erməni deputatın belə bir bəyanatla çıxış etməsi yenilik deyil. O, dediklərində haqlıdır. Bundan əlavə, Rusiya rublunun tənəzzülü sürətlə davam edir. Lakin belə görünür ki, bu, hələ son deyil.
Neftin qiyməti 25 dollara düşəcəyi təqdirdə, 2016-ci il üçün Rusiya büdcəsinin balanslaşdırılmış performansı üçün dolların 210 rubla çata bilməsi ehtimal olunur. “Bank of America” iqtisadçılarının ehtimalına görə, hələ ötən ilin dekabrında Rusiya tərəfinin “maksimal” kimi dəyərləndirdiyi 3 faizlik büdcə kəsirinin icrası bir dolların 140 rubla bərabər olması anlamını göstərir. Erməni iqtisadçının fikrincə, Rusiya iqtisadiyyatındakı tənəzzül bütün region dövlətlərinin iqtisadiyyatına, o cümlədən Ermənistan iqtisadiyyatına birbaşa və dolayı yolla təsir göstərir. Arsvik Minasyan bu fikirlərində də haqlıdır. Onun dediklərinə istinad edərək Tacikistanın timsalında bu, özünü bütün çılpaqlıqları ilə göstərir. Belə ki, Beynəlxalq Qida Siyasəti Araşdırmaları İnstitutu bu ölkəni postsovet ölkələri arasında ən çox aclıq çəkən ölkə kimi dəyərləndirib. İnstitutun reytinqinə görə, Tacikistanda əhalinin 33 faizi aclıqdan əziyyət çəkir. Tacikistandakı iqtisadi rifahın kəskin pisləşməsini bir çox ekspertlər bu ölkəyə xaricdən, o cümlədən Rusiyadan göndərilən pul köçürmələrinin azalması ilə əlaqələndirir. Bunun əsas səbəbi də Rusiyada yaşanan iqtisadi böhran göstərilir. Tacikistan Milli Bankının məlumatlarına görə, ötən il ölkəyə daxil olan pul köçürmələri 2014-cü il illə müqayisədə 40 faiz azalıb. Minasyana görə, Ermənistanın hazırkı yaşam tərzi Tacikistanın yaşam tərzindən o qədər də fərqlənmir: “Sadəcə olaraq, ac insanların və bir qədər də pul köçürmələrinin faiz göstəricilərində bir qədər fərq ola bilər. Lakin bütün bunlara baxmayaraq, nə Tacikistan, nə də Ermənistan bazarın ənənəvi qanunlarına əsasən fəaliyyət göstərən normal iqtisadiyyat yarada bilməyib. Lakin bəzi aspektlərə görə biz, hətta Tacikistandan da geridəyik. Nümunə üçün deyək ki, ötən il bu ölkə 8,9 tondan artıq qızıla sahib olduğunu bəyan edib. Müqayisə üçün bildirmək yerinə düşər ki, Tacikistanda bu göstərici 2010-cu ildə 2,6 ton göstərilirdi. Lakin ötən beş il ərzində postsovet məkanında ən ac ölkə kimi təqdim edilən bu ölkə 6.3 tona qədər qızıl ehtiyatlarını artıra bilib. Bu nümunəni başqa bir postsovet ölkəsi -Qırğızıstanın timsalında da görmək olar. Bu ölkə də il ərzində 2.6 ton qızıl ehtiyatını 4 tona çatdırıb. Bu, əlbəttə, təhlükəsizlik üçün "yastıq" hesab edilməməlidir. Lakin bu, ölkə hakimiyyətinin "qara gün" üçün hesablanmış doğru bir addımın atılmasına sübutdur. Lakin ürək ağrısı ilə bildirilməlidir ki, Ermənistan hakimiyyəti bütün bunlardan xalidir. Belə ki, Ermənistanın heç bir qızıl ehtiyatı yoxdur. Bütün bunlar Ermənistanın milli valyutasını, eyni zamanda ölkə iqtisadiyyatını hər an dağılmağa gətirib çıxara bilər”.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info