“Artıq inkişaf etmiş ölkələr də böhranın bir parçasına çevrilib”
Tarix: 22.01.2016 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


Villiam Vhite: “Hazırda dünyadakı vəziyyət 2007-ci ildən daha pisdir və iqtisadi durğunluqla mübarizə aparacaq silahımız
qalmayıb”


Dünya iqtisadiyyatı indi böhran içindədir, böyük ölkələrdə iqtisadi sahədə çox ağır proseslər gedir. İqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə çıxışı zamanı Prezident İlham Əliyev bütün neft ixrac edən ölkələrin gəlirlərinin böyük dərəcədə azaldığını, manatın devalvasiyasının qaçılmaz olduğunu bildirib. Ölkə başçısı qeyd edib ki, bunun səbəbi Azərbaycandan kənarda yaranıb: “Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi imkan vermirdi ki, manatın məzənnəsi əvvəlki səviyyədə qalsın. Qonşu ölkələrdə milli valyutalar 100 faiz, bəzən daha çox devalvasiyaya uğrayıb. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi sırf iqtisadi amillərlə bağlı deyil, burada ilk növbədə siyasi amillər öz rolunu oynayıb”. Beləliklə, baş verən proseslər ölkələri dövlət büdcələrinə yenidən baxmağa, yerli məzənnələrin dollar qarşısında itkisinə gətirib çıxarıb.

Avropa bankları böhranda

Çində qeydə alınan iqtisadi göstəricilərin aşağı olması, neftin qiymətindəki geriləmə, qlobal iqtisadiyyatda yaranan problemlər dünyanın məşhur iqtisadçılarının etirazına səbəb olub. İngiltərədə yayımlanan “Daily Telegraph” qəzetinin yazdığına görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) komitə sədri Villiam Vhite bildirib ki, hazırda dünyadakı vəziyyət 2007-ci ildən daha pisdir və iqtisadi durğunluqla mübarizə aparacaq silahımız qalmayıb. Əvvəllər Beynəlxalq Ödəniş Bankının (BIS) iqtisadçısı olaraq çalışan Vhite sərmayə bankı “Lehman Brothers”in inkişaf etmiş ölkələrdəki sürətli böyümənin qlobal iqtisadiyyatı xilas etdiyini xatırladaraq, indi onların da problemin bir parçası halına gəldiyini deyib.
Son 8 ildə qlobal borc yükünün sürətlə artdığını deyən Vhite qeyd edib ki, daha sonrakı iqtisadi durğunluq dövründə bu borcların heç bir zaman geri ödənməyəcəyi məlum olacaq. Vhite bildirib ki, indi cavablandırmamız olan sual yaxınlaşan çətinliklərə necə davam gətirəcəyimizdir. O, Avropa banklarının son böhrandan indiyədək müxtəlif səbəblərlə təxminən 1 trilyon dollarlıq borcu silmək məcburiyyətində qaldığını xatırladıb. Onun fikrincə, Avropa banklarının tarixdə görünməmiş ölçüdə yenidən sərmayələndirmə proqramına ehtiyacı ola bilər. Vhite 2005-2008-ci illər arasında beynəlxalq maliyyə quruluşlarında çalışan və böhran xəbərdarlığı edən az sayda idarəçidən biri hesab edilir. Vhite bildirib ki, artıq inkişaf etmiş ölkələr də problemin bir parçasıdır.

Almaniyanın ən böyük ticarət bankı 9 min nəfəri işdən çıxaracaq

Almaniyanın ən böyük ticarət bankı olan “Deutsche Bank”ın idarə heyəti rəhbərliyinə John Cryanın gətirilməsindən sonra ilk maliyyə ili balans hesabında 6,1 milyard avro zərər təqdim edib. Bankın vergiöncəsi zərəri isə 6,7 milyard avro təşkil edir. Bankın bu qədər zərər etməsi gözlənilmirdi və bank maliyyə böhranının ən kritik ili olan 2008-ci ildə də bu yüksəklikdə zərər etməmişdi. Zərərin böyük hissəsinin bankın ödəyicilərlə arasında davam edən hüquqi anlaşılmazlıqdan qaynaqlandığı məlum olub. İdarə heyətinin rəhbəri bank işçilərinin mükafatlarından kəsiləcəyini deyib. Bankın bu vəziyyətdən çıxmasının uzun sürəcəyini və bank hissələrinə sərmayə qoyanların səbirli olmalarının lazım olduğunu qeyd edib. Eyni zamanda bankla bağlı ABŞ-da ipoteka krediti ilə əlaqədar açılan iddiaların da necə nəticələnəcəyi məlum deyil. Bankın müxtəlif iddialar üçün ayırdığı 5,2 milyard avro ehtiyatın da yetəcəyi şübhəlidir. Bundan başqa, bank yarısı Almaniyada olmaqla 9 min nəfəri işdən çıxaracaq. Böhrana qədər bankın ən gəlirli fəaliyyət sahələrindən biri olan sərmayə bankçılığının da zərər etdiyini bildirən bank rəsmiləri əsas sərmayənin zərər görməməsi üçün əvvəlcə sabit faizli qiymətli kağız əməliyyatlarının azaldılacağını ifadə edirlər. Bankın hissə sənədləri 6 faiz nisbətində dəyər itirərək 2009-cu ilin mart ayı səviyyəsinə enib.

Rus rublu rekord səviyyədə
dəyərdən düşüb

Xam neft qiymətlərindəki enişin dünyanın ən böyük enerji ixracatçısı olan Rusiya iqtisadiyyatı üzərində təzyiq yaratmasıyla rublun dəyəri rekord səviyyədə aşağı düşüb. Neftdəki enişin Rusiya iqtisadiyyatı üzərindəki təsiri, iqtisadi sanksiyalar və enerji ixracatçısı üçün mövcud bütün digər narahatlıqları kölgədə buraxır. Rusiya valyutası 1,8 faiz də dəyərdən düşərək 1 dollar 80.156 rubl səviyyəsinə çatıb.
Mütəxəssislər qeyd edir ki, Rusiya iqtisadiyyatı və rublun zərər görməsinin əsas səbəbi neftin qiyməti ilə bağlıdır. Xam neftin ötən 12 ayda 41 faiz dəyər itirərək 28.15 dollar səviyyələrinə enməsi, iqtisadi yavaşlamanın bir ildir davam etdiyi Rusiyada cidii problemlər yaradıb.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info