“Hər bir vətəndaş təşəbbüskar olmalıdır”
Tarix: 22.01.2016 | Saat: 01:10:00 | E-mail | Çapa göndər


Dövlətin qarşılaşdığı istənilən məsələdən əsas çıxış yolu xalqın dövlətə etimad göstərməsidir. Əslində, elə dövlətin gücü də məhz bundandır. Bu baxımdan Azərbaycan xalqının öz dövlətinə inamı var. Son zamanlar böhranın təsirini azaltmaq üçün dövlət tərəfindən atılan addımlar bu inamı daha da artırıb.
Yanvarın 18-də iqtisadi və sosial məsələlərin həlli ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirədə bu istiqamətdə səslənən fikirlər bunun bariz nümunəsidir. Dövlət başçısı müşavirədəki çıxışında deyib ki, həyata keçirilən tədbirlər nəticəsində 2016-cı ildə də Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin ediləcəkdir: “Dövlət, hökumət, vətəndaşlar bir yerdə olaraq bu gözlənilməz vəziyyətdən çıxış yollarını müəyyən etməlidirlər. Dövlətin bu istiqamətdə çox ciddi proqramı vardır”.
Millət vəkili Sahib Alıyev sosial məsələlərin həlli ilə bağlı dövlətin atdığı son addımları yüksək qiymətləndirib: “Prezident İlham Əliyev keçirdiyi son müşavirədə qeyd etdi ki, burada təkcə dövlətin yox, vətəndaşların da rolu lazımdır. Vətəndaşlardan yetkinlik, yeni vəziyyəti nəzərə almaq tələb olunur. Fikrimcə, biznesin və qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, ölkəyə investisiyaların cəlb edilməsi, bir çox obyektlərin özəlləşdirilməsi, əmanətlərin sığortalanması, manata olan etimadın geri qaytarılması, ümumiyyətlə, gömrük və vergi qanunvericiliyinə edilən dəyişikliklərlə bağlı atılan addımlar, doğrudan da, ölkənin yeni inkişaf mərhələsinə qədəm qoymasına şərait yaradacaq”.
Sahib Alıyevə görə, xalq əmələ, işə inanır və bu işlər də göz qabağındadır: “Cənab Prezident dəfələrlə çıxışlarında deyib ki, bizim ən böyük uğurumuz hazırkı sabitliyin arxasında xalqla hakimiyyət arasında birliyin olmasıdır. Ümid edirəm ki, bu birlik bundan sonra da davam edəcək. Bilirsiz, ölkədə sabitlik olmadan makroiqtisadi sabitlik yaratmaq mümkün deyil. Makroiqtisadi sabitlik olmadan isə sabitlik o qədər də dayanıqlı olmur. Bunlar bir-birinə bağlı proseslərdir. İnanıram ki, hazırda atılan addımlar bir-birinin davamı olaraq bu prosesi daha da gücləndirəcək. Hər halda, Azərbaycan xalqı ağı qaradan seçməyi bacaran xalqdır. Kimin nə etdiyini, keçmişdə nələr olduğunu unutmayıb. Bu xalq artıq elə bir məktəb keçib ki, onu populist meyillər, yalançı vədlər, hay-küylə aldatmaq mümkünsüzdür. İndiki dövrdə hər bir vətəndaşdan təşəbbüskarlıq tələb olunur. Hər şey qarşılıqlı olmalıdır. Dövlət başçısının verdiyi sərəncamların, atdığı addımların təkcə dəstəklənməsi yox, onun necə yerinə yetirilməsinə ictimai nəzarət də lazımdır. Bu baxımdan da insanlardan daha çox fəallıq tələb olunur”.
Millət vəkili dedi ki, Azərbaycan xalqı çətin vəziyyətdə dövlət başçısının hansı addımlar atdığını aydın şəkildə gördü: “Eyni vəziyyəti yaşayan heç bir ölkədə məvaciblərin artırılması prosesləri yoxdur. Əksinə, müəyyən ixtisarlar, sosial müvavinətlərin azaldılmasını müaşahidə etmişik. Biz ötən illərdə Avropa dövlətlərinin təcrübəsində də bunu gördük. Amma Azərbaycanda əks proses baş verir. Baxmayaraq ki, neftin qiymətinin düşməsi ilə bağlı dövlət müəyyən çətinliklərlə üzləşib, lakin açıq-aydın müşahidə edirik ki, maaşlar qaldırılır. Əhalinin nisbətən həssas təbəqəsi üçün əlavə tədbirlər görülür. Bütün bunlar hamısı xalqın gözü qarşısında baş verir. Azərbaycan xalqı kimin nə deməsindən asılı olmayaraq qədirbilən xalqdır. Biz nəzərə almalıyıq ki, yaxşı yaşamaq üçün həm də məsuliyyətli, peşəkar işləmək lazımdır. Xalq olaraq bunu dərk etməliyik. Sadəcə, yerin altına və ya yerin üstünə nəzər salmalı deyilik, həm də öz potensialımızı, biliyimizi səfərbər etməliyik”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür
13.01.2019
Azərbaycanın uğurlu siyasəti Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Dərslər təxirə salındı
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info