Qərb Gürcüstanda problemlər olduğunu “kəşf edib”
Tarix: 22.01.2016 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


“Gruziya online”: “Avropa Parlamenti Gürcüstanı siyasi rəqiblərin təqib edilməsinə və söz azadlığının pozulmasına görə tənqid edir”
Avropa Parlamenti Gürcüstanı siyasi rəqiblərin təqib edilməsinə və söz azadlığının pozulmasına görə tənqid edir. Bu barədə “Gruziya online” yazır. Qeyd edilir ki, Avropa Parlamentinin bu barədə qətnamə layihəsində bildirilir ki, parlament “siyasi rəqiblərə qarşı məhkəmə sisteminin potensial istifadəsindən narahatçılığını bildirir”. O da qeyd edilir ki, Avropa Parlamenti milli barışıq əhvali-ruhiyyəsi və siyasi mədəniyyətin yaxşılaşdırılmasının zəruriliyini bildirir. Hesab edirik ki, əvvəlki hakimiyyət və bugünkü müxalifət nümayəndələrinin həbsləri məqsədli şəkildə baş verə bilər.
Avropa Parlamenti onu da qeyd edir ki,siyasi rəqiblərə qarşı məhkəmələrdən potensial istifadə etmə dövlətin Avropa kursuna və ölkədə demokratik islahatlara zərbə ola bilər. Buna görə də Avropa Parlamenti Gürcüstan hakimiyyətini həm də seçici qanunvericiliyində ciddi islahatlara səsləyir: “Bu islahatlar beynəlxalq tələblərə və Gürcüstan Konstitusiyasına uyğun olmalıdır. Bununla da daha yaxşı proporsional təmsilçilik formalaşdırılmalıdır”.
Qətnamə layihəsində Gürcüstanda azad sözün vəziyyəti ilə bağlı narahatçılıq da ifadə olunub: “Qarşıda duran parlament seçkiləri ərəfəsində Gürcüstan hakimiyyətini sərbəst fikir ifadə edən və media plüralizmini təmin edən media vasitələrinin yaradılmasına çağırırıq. Bununla bərabər, kütləvi informasiya vasitələrinə müstəqil və obyektiv işləməyə icazə verilməlidir. Onlara heç bir iqtisadi və siyasi təzyiq göstərilməməlidir”. Avropa Parlamenti Gürcüstanda ən populyar olan “Rustavi-2” telekanalının redaksiya siyasətinə müdaxilədən və ölkədə söz azadlığı ilə bağlı situasiyadan təəssüfləndiyini bildirir. Avropa Parlamenti hökuməti “KİV rəhbərlərinin şəffaflığı haqqında” qanunun tam həyata keçirilməsi üçün uyğun gələn tədbirlər həyata keçirməyə çağırır.
Əlavə edək ki, qeyd edilənlərdən belə görünür ki, indiyə qədər Gürcüstanı regionda “demokratiya, şəffaflıq və söz azadlığı” baxımından “öncül” sayan, bunu hesabatlarında xüsusi olaraq qeyd edən Avropa Parlamenti indi də bu ölkəni kəskin tənqidə keçib. Həmçinin bunun ardınca Gürcüstanı həmişə postsovet məkanında “azadlıq adası” kimi təqdim etməyə çalışan “Freedom House”, “Amnesty İnternational” və sair “hüquq müdafiəsi” təşkilatlarının da indi onu tənqid etməyə başlayacaqları gözləniləndir. Öz növbəsində, bu cür “insan hüquqları” təşkilatlarının əslində müstəqil olmadıqları, Qərbdəki güc mərkəzlərinin sifarişlərini yerinə yetirdikləri və istədikləri və ya sifariş verilən ölkəni müsbət və ya mənfi çalarlarla təqdim etdikləri barədə də kifayət qədər faktlar ortaya çıxıb. Ötən saylarımızda da bu barədə dəfələrlə yazmışıq. Beləliklə, indi də Gürcüstan bu cür Qərb təşkilatlarının gözündə “insan hüquqları və demokratiya, söz azadlığı baxımından” problemli ölkəyə çevrilib. Əslində, Gürcüstanda bu baxımdan heç nə dəyişməyib. Elə isə nəyə görə həmin Qərb qurumları bu ölkəni bu cür “öncül” ölkə kimi qələmə verməyə çalışırdılar? Bəs indi necə oldu ki, onlar Gürcüstanı problemlərlə dolu və islahatlara ehtiyacı olan ölkə kimi təqdim etməyə başlayıblar. Əsas məsələ odur ki, Qərb uzun müddət özündən asılı hala saldığı Gürcüstanı, məhz özünə sərf edəndə “demokratiya” mərkəzi kimi qələmə verirdi. Hazırkı məqamda Gürcüstanda baş verən hakimiyyət dəyişikliyindən sonra isə dərhal “tənqid” mövqeyinə keçildi. Bu isə bir daha onu göstərir ki, Qərb qurumları sırf özlərinə sərf edən ikili standartlardan və maraqlardan çıxış edirlər. Onlar Gürcüstandakı insan haqları və söz azadlığı problemlərini məhz indi “görməyə” başlayıblar...
Rasim Babalı




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info