“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin iyirmi beşinci cildi çapdan çıxıb
Tarix: 22.01.2016 | Saat: 01:30:00 | E-mail | Çapa göndər


“Beləliklə, mən hesab edirəm ki, biz növbəti mərhələdə əsas diqqətimizi makroiqtisadi sabitliyin qorunmasına, saxlanılmasına və antiinflyasiya tədbirlərinin güclənməsinə yönəltməliyik. Ancaq bununla bərabər, biz büdcə xərclərini saxlaya bilmərik. Azərbaycanın, hələ ki, böyük ehtiyacları var. Biz böyük, nəhəng infrastruktur layihələrini həyata keçirməliyik, insanların həyat səviyyəsini yaxşılaşdırmalıyıq.
Maaşlar artmalıdır, pensiyalar artmalıdır... Yəni bütün bu sosialyönümlü məsələlərdə biz geri çəkilməyəcəyik. Əksinə, növbəti illərdə maaşlar da qaldırılacaq, minimum əməkhaqqı, minimum pensiya, dövlətdən maliyyələşən bütün kateqoriyalı insanların əməkhaqları qaldırılacaqdır. Yəni biz buna hazır olmalıyıq. Bizim iqtisadiyyatımız, bütün qurumlarımız, iqtisadi qurumlarımız buna hazır olmalıdır ki, öz növbəsində, bu artımlar qiymətlərin qalxmasına gətirib çıxara bilər. Mən bir məsələni də qeyd etmək istəyirəm. Biz bütün bu işləri görürük, insanların həyat səviyyəsi yaxşılaşır, ancaq bununla bərabər, qiymətlər bəzi hallarda süni şəkildə artırılır. Yəni möhtəkirlər, qeyri-sağlam rəqabət aparan qurumlar, firmalar, şirkətlər bundan istifadə edirlər. Biz buna da çox ciddi sədd qoymalıyıq. Mən aidiyyəti nazirlərə müvafiq göstərişlər verdim. İstehlak bazarına nəzarət edən qurumlar bununla çox ciddi məşğul olmalıdır. Heç bir qanun pozuntusuna yol verilməməlidir, əksinə, qanunu pozan, bizim iqtisadi uğurlardan, ümumi rifah halının yüksəlməsindən istifadə edərək, əlavə vəsait qazanmaq istəyənlər çox ciddi şəkildə cəzalandırılmalıdır”. “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 25-ci cildində yer alan bu fikirlər dövlətimizin başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2007-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən götürülüb. Yenicə çapdan çıxmış çoxcildliyin bu kitabına daxil olan materiallar 2007-ci ilin iyunundan avqustunadək olan dövrü əhatə edir. Bu cild Prezident İlham Əliyevin Sankt-Peterburqa səfərinə dair materiallarla başlayır. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu nəşrində dövlətimizin başçısının Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın - GUAM ölkələri dövlət başçılarının ikinci zirvə görüşündə nitqi, regional əməkdaşlığın daha da genişləndirilməsinə, enerji təhlükəsizliyinə, nəqliyyat sahəsində əməkdaşlığa, regionların sosial-iqtisadi inkişafına, eyni zamanda, iqtisadi-siyasi həyatın digər sahələrinə dair çıxışları, nitq və tövsiyələri və digər materiallar yer alıb. Kitabda Prezident İlham Əliyevin Türkiyə, Rusiya, İordaniya və Qazaxıstana səfərləri zamanı bu ölkələr ilə qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsindən bəhs edən bəyanat və müsahibələri, həmçinin bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərinə, danışıqlarına aid materiallar, habelə məktubları dərc edilib. Cilddə, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonun və İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın Azərbaycana səfərləri zamanı keçirdiyi görüşlərdən, apardığı danışıqlardan bəhs edən materiallar, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr və bir çox digər məsələlər də öz əksini tapıb. Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair müzakirələrlə bağlı materiallar da bu cilddə yer alıb. Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib. “Azərnəşr” tərəfindən buraxılan 25-ci cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin materiallarından istifadə olunub.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info