Göyçayda fövqəladə hallarla bağlı maarifləndirmə tədbiri keçirilib
Tarix: 22.01.2016 | Saat: 15:07:00 | E-mail | Çapa göndər


Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzinin təşkilatçılığı ilə Göyçay rayonunda müəllim və şagirdlərin fövqəladə hallara hazırlığı ilə bağlı maarifləndirmə tədbiri keçirilib.
Göyçay şəhər 7 saylı tam orta məktəbdə təşkil edilən tədbirdə FHN-nin Aran Regional Mərkəzinin nümayəndələri, rayon yanğından mühafizə hissəsinin əməkdaşları, 200-dən çox müəllim və şagird iştirak edib. Tədbirdə nazirlik tərəfindən yanğın, partlayış, torpaq sürüşmələri və qəzaların qarşısının alınması, nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər barədə məlumat verilib, müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydalarını bilmələri, bu bilikləri həmkarlarına çatdırmaları olduqca vacib hesab edilib. Belə olarsa məktəblərdə şagird və müəllim heyəti xilasedicilər gələnə qədər öz təhlükəsizliklərini təmin edə bilərlər. Sonra “Fövqəladə hallar zamanı özünü necə aparmalı”, “Dəm qazından ehtiyatlı olun” və “112 qaynar xəttinə hansı hallarda müraciət etmək olar” mövzularında məruzələr dinlənilib. Tədbirdə “Dəm qazından ehtiyatlı olun” adlı videoçarx nümayiş etdirilib, mərkəzin əməkdaşları tərəfindən mövzuya dair suallar cavablandırılıb.
Daha sonra məktəblilərə təbii fəlakətlər, daşqınlar, zəlzələlər zamanı görüləcək tədbirlərlə bağlı məlumatlar verilib.
Tədbirdə FHN-in fəaliyyətini əks etdirən videoçarx da nümayiş olunub. Tədbirin nəzəri hissəsindən sonra rayon yanğından mühafizə hissəsinin əməkdaşları tərəfindən praktik xilasetmə qaydaları göstərilib.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib
17.09.2018
Babək prospektində hərəkət hissəsi 16 metrə qədər genişləndirilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info