Praqada 20 Yanvarla bağlı sərgi
Tarix: 21.01.2016 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


Yanvar ayının 20-də Praqada Çarls Universitetinin İncəsənət fakültəsi “Azadlığa gedən yol: Azərbaycan, Litva” adlı şəkil sərgisinə ev sahibliyi etmişdir. Sərgi Azərbaycan tələbə təşkilatı – Azərbaycan Tələbə Şəbəkəsi və İncəsənət fakültəsi tərəfindən təşkil olunmuşdur və yanvarın 20-dən Fevralın 2-ə kimi davam edəcəkdir. Təşkilatçılar tərəfindən Bakıda 1990-cı il 20 Yanvar və Vilnüsdə 1991-ci il 13 Yanvar hadisələrinin əks olunduğu otuzdan artıq foto şəkil sərgiyə qoyulmuşdur. Hər iki ölkə birlikdə Sovet İttifaqı altında “millətlər zindanından” sonra azadlığın necə dəyərli bir nemət olduğunu bir birlərinə çatdırmışdır. Tədbirdə Çexiyada akreditə olunmuş diplomatik korpusun nümayəndələri, Çarles Universitetinin professorları və Praqada təhsil alan Azərbaycan, Gürcü və Çex tələbələri iştirak etmişdir. Sərgini Çarles Universitetinin İncəsənət Fakultəsinin Xarici Əlaqələr departamentinin rəhbəri Daniel Sukup açaraq, səfirləri və tədbir iştirakçılarını Fakultə dekanı Miryam Fryedova adından salamlamışdır. Sukup çıxışında qeyd etmişdir ki, belə sərgilərin təşkil olunması Çex xalqının dünyanın başqa hissələrində Sovet boyunduruğu əleyhinə baş qaldırmış hərəkatlar barəsində məlumatlanmasında mühüm yer tutur. Çıxışı davam etdirən Azərbaycanın Fövqəladə və Səlahiyyətli Səfiri Fərid Şəfiyev Bakıda törədilən və Sovet əsgərləri tərəfindən 130-dan artıq insanın öldürülməsi ilə nəticələnən Qanlı Yanvar faciəsi haqqında məlumat vermişdir. Cənab Şəfiyev bildirmişdir: “20 Yanvar faciəsi təkcə Azərbaycan xalqı üçün tarixi bir səhifə deyil, eyni zamanda Sovet İttifaqının yenidən qurulması tərəfdarları üçün bir xatırlatmadır”. Bugün Azərbaycanın iqtisadi güclü dövlət olması və Litvanın Avropa İttifaqının üzvü olması və həmçinin, belə sərgilərin təşkili azadlıq və müstəqillik uğrunda qurban vermiş insanların unudulmadığını bir daha təsdiq etdiyini Azərbaycan Səfiri fəxrlə qeyd etmişdir. Tədbirdə son olaraq, Litva Respublikasının Çexiyadakı Səfiri Edvilas Raudonikis çıxış etmişdir. O Azərbaycanlı tədbir iştirakçılarının qeyd etdiklərini dəstəkləyərək vurğulamışdır ki, Bakıda və Vilnüsdə baş verilənlərin unudulmamasının və azadlıq və müstəqilliyin birdən-birə qazanılmadığının dərk olunmasının vacibliyini vurğulamışdır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info