“Hökumət çox ciddi iqtisadi proqramlar üzərində işləyir”
Tarix: 22.01.2016 | Saat: 15:38:00 | E-mail | Çapa göndər


“Yaranmış iqtisadi çətinliyin aradan qaldırılması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumət çox ciddi iqtisadi proqramlar üzərində işləyir”.
Bunu “Trend”ə Milli Məclisin vitse-spikeri Bahar Muradova dövlət başçısının Davosda Dünya İqtisadi Forumunda çıxışına münasibət bildirərkən deyib.
B.Muradova bildirib ki, bu istiqamətdə hazırda ciddi addımlar atılır və qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi üçün zəruri işlər görülür: “Bir neçə gün öncə Milli Məclisin növbədənkənar iclası keçirildi. Prezident İlham Əliyevin iqtisadiyyatla bağlı parlamentə daxil olan qanun layihələri qəbul olundu”.
Vitse-spiker bildirib ki, qanun layihələri çox ciddi tədbirlər nəzərdə tutur: “Əmanətlərin tam sığortalanması, əmanətlərdən olan gəlirlərin vergidən azad edilməsi, satınalmalar, vergi ödəmələri sahəsində bir sıra dəyişikliklər həm iqtisadi sahədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsinə, həm də insanların rifahının, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərdir. Düşünürük ki, nəzərdə tutulan tədbirlər qısa müddətdə yerinə yetiriləcək və biz bu çətinlikləri də daha az zərərlə aradan qaldıra biləcəyik”.




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Cənubi Karolina ştatının qubernatoru 28 may tarixini Azərabaycan Günü elan edib
22.05.2019
Elmar Məmmədyarov BMT-nin yeni rezident nümayəndəsi ilə görüşüb
22.05.2019
Mətyu Brayzə: Şəxsi təcrübəmdən bilirəm ki, vaxtilə ailəmlə birlikdə yaşadığım Bakı çox təhlükəsiz şəhərdir
22.05.2019
Əli Kərimlinin radikal arzuları ürəyində qalacaq
22.05.2019
Diaspor rəhbəri Misirin dövlət televiziya kanalının qonağı olub - VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info