AŞPA-da erməni işğalıyla bağlı 3 qətnamə layihəsi müzakirəyə çıxarılacaq”
Tarix: 22.01.2016 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


“Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı qətnamə layihəsi də AŞPA-ya təqdim edilib”. 
Bunu AVCİYA prezidenti, millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov deyib. O bildirib ki, yanvarın 26-da AŞPA-nın qış sessiyasında erməni işğalından bəhs edən 3 qətnamə layihəsi müzakirə olunacaq və səsverməyə çıxarılacaq: "Mətbuatda həmişə iki qətnamə layihəsi yazılır, əslində isə üçdür. Birinci qətnamə Robert Volterin hazırladığı “Azərbaycan Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdə zorakılığın artması”, ikincisi Militsa Markoviçin Sərsəng su anbarı ilə bağlı məruzəsidir. Lakin bu məruzələrə əlavə olunan digər qətnamə Kəlbəcərdə girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad olunması ilə bağlıdır. Hər üç qətnamə səsverməyə qoyulacaq”.
E. Süleymanov qeyd edib ki, səsvermə ərəfəsində dünya gücləri tərəfindən din xadimləri və dövlət başçıları səviyyəsində ermənilərə yardım edilir: “Hətta iş o yerə gəlib çıxıb ki, ermənilər dövlət səviyyəsində hər bir ölkənin tanınmış şəxslərindən xahiş edir və deputatlara təzyiq edirlər ki, bu qətnaməyə səs verməsinlər. Ermənistan rəhbərliyi bu qətnamədən olduqca narahat olub. Lakin biz haqqın və ədalətin qələbə çalacağına ümid edirik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
Ordumuz düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır
16.08.2019
Prezident Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16.08.2019
“Sosial şəbəkə müxalifəti”: AXCP-ReAl “savaş”ı yeni müstəvidə
16.08.2019
Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
15.08.2019
“Söyüş və iaşə müxalifəti” şübhəli mənbələrdən maliyyələşir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10859

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info