Şahin Mustafayev: “Ölkə regionlarının inkişafı prioritetdir”
Tarix: 22.01.2016 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


İqtisadiyyat naziri Şahin Mustafayev Dünya Bankının Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan və Dünya Bankı arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri, eləcə də dünya iqtisadiyyatındakı qeyri-sabitlik və neqativ tendensiyaların Azərbaycan iqtisadiyyatına mümkün təsirləri, hökumətin gördüyü tədbirlərə dair müzakirələr aparılıb. Nazir Şahin Mustafayev qeyd edib ki, son illər ərzində ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması, iqtisadiyyatın diversifikasiyası, biznes mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun, ölkə regionlarının inkişafı prioritet istiqamətlər kimi müəyyənləşdirilib və bu istiqamətlərdə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Bu tədbirlər ölkəmizdə makroiqtisadi vəziyyətin sabitliyini, sosial və infrastruktur layihələrinin uğurla reallaşdırılmasını, ölkə iqtisadiyyatının inkişafını, eləcə də Azərbaycan iqtisadiyyatının xarici təsirlərə dayanıqlılığını şərtləndirib, ölkəmiz ciddi iqtisadi uğurlar qazanıb. Bu prioritetlərin nə qədər doğru olduğunu hazırkı mürəkkəb dövr bir daha təsdiq edir.
Nazir Şahin Mustafayev neqativ xarici iqtisadi tendensiyaların ölkə iqtisadiyyatına təsirinin minimallaşdırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat verib və bildirib ki, bütün qorunan əmanətlərin məbləğindən asılı olmayaraq tam sığortalanması, fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə dividend, diskont və faiz gəlirlərinin vergidən azad edilməsi, Azərbaycandan kapital axınının qarşısının alınması üçün valyuta tənzimlənməsi sahəsində qanunvericilik aktlarında dəyişiklik edilməsi, eyni zamanda investisiyaların təşviqi, biznes mühitinin yaxşılaşdırıması və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində mühüm qərarlar qəbul olunub.
Dünya Bankı və Azərbaycan arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edən Şahin Mustafayev yeni iqtisadi şəraitdə bankla daha sıx əlaqələrin davam etdiriləcəyini vurğulayıb.
Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leşenko Azərbaycan hökuməti tərəfindən iqtisadi sahədə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib, görülmüş işlər nəticəsində ölkə iqtisadiyyatında artıma nail olunduğunu, yoxsulluq və işsizlik səviyyəsinin qısa müddət ərzində azaldıldığını vurğulayıb. L.Leşenko qeyd edib ki, vaxtilə həyata keçirilmiş qabaqlayıcı tədbirlər hazırkı iqtisadi vəziyyətdən daha az təsirlərlə çıxmağa imkan yaradır.
Dünya Bankının region üzrə proqram rəhbəri Raşmi Şankar isə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını qeyd edərək, mürəkkəb iqtisadi şəraitdə Azərbaycanın hazırlıqlı və tədbirli olmasını xüsusi vurğulayıb, əhalinin sosial müdafiəsi, əmanətlərin qorunması, kapital axınının qarşısının alınması, iqtisadi diversifikasiyanın sürətləndirilməsi üzrə qısa müddətdə lazımi tədbirlərin görülməsini yüksək qiymətləndirib. Proqram rəhbəri yeni iqtisadi şəraitin ölkə iqtisadiyyatının strukturunun təkmilləşdırılməsinə, rəqabət qabiliyyətinin və ixracın artırılmasına yeni imkanlar yaratdığını bildirib. Raşmi Şankar bu şəraitdə birgə inkişaf proqramının hazırlanması və “Dünya Bankının inkişaf siyasətinə maliyyə dəstəyi” aləti çərçivəsində bu proqramın icrasına dəstəyin göstərilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat verib.
Görüşdə biznes mühitinin daha da yaxşılaşdırılması və birgə inkişaf planının hazırlanması üzrə əməkdaşlığın dərinləşdirilməsi barədə razılıq əldə olunub.


Qorqud





 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib
20.09.2018
Prezidentin köməkçisi: “Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır”
20.09.2018
Azərbaycanın milli qəhrəmanları haqqında ingilis dilində məqalələr hazırlanıb
20.09.2018
“Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir”
20.09.2018
AXDG daha üç dənizçini beynəlxalq şirkətin gəmilərində təcrübəyə göndərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info