“Hər məhsul istehsalı üzrə ayrıca araşdırma aparıla və bu məsələdə dövlət dəstək göstərə bilər”
Tarix: 22.01.2016 | Saat: 20:57:00 | E-mail | Çapa göndər


Ruslan Atakişiyev: “Hər hansı istehsal sahəsi ilə bağlı şərait və şərtlər tam təhlil edilməli, öyrənilməli, ondan sonra həmin sahədə istehsal təşviq edilməlidir”


Bu gün neft qiymətlərinin kəskin düşməsi və iqtisadiyyatın zərərlərə məruz qalması şəraitində qeyri-neft sektorunun inkşaf etdirilməsi və daxili istehsalın artırılması olduqca aktuallaşıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin son müşavirəsində diqqətə çatdırdı ki, hazırkı dövrdə bir tərəfdən yaranmış vəziyyətin ölkəyə mənfi təsirinin qarşısını almaq üçün çevik tədbirlər həyata keçirilməli, digər tərəfdən də prioritet sahə hesab olunan qeyri-neft sektorunun daha sürətli inkişafını təmin etmək üçün əlavə təsirli mexanizmlər işə salınmalıdır. Prezident hesab edir ki, Azərbaycanın iş adamları ilk növbədə Azərbaycana sərmayə qoymalıdırlar. Həmçinin daxili bazarda istehsal məhsullarının qiymətlərinin təbii yolla tənzimlənməsi üçün tədbirlər görüləcək. Yaradılan iri fermer təsərrüfatları, taxılçılıqla məşğul olan təsərrüfatlar və yeni yaradılacaq müəssisələr qısa müddət ərzində bu problemin həllinə kömək göstərəcək. Ekspertlər bu fikirləri təqdir etməklə yanaşı, əlavə təkliflər irəli sürürlər.
İqtisadi Resursların Öyrənılməsi Mərkəzinin sədri Ruslan Atakişiyevin fikrincə, bazar iqtisadiyyatında qiymətlər tələb və təklif əsasında formalaşır: “Məsələn, daxildə duru yağ istehsal etsək, onun qiyməti o vaxt aşağı düşə bilər ki, o yağ istehsalçılarının sayı da çox olsun. Yağ istehsal edən yalnız bir müəssisədirsə, onda qiymətləri özü istədiyi kimi müəyyən edəcək. Bu isə süni qiymət artımı və qiymətlərlə manipulyasiyaya səbəb olur. Amma bir neçə müəssisə duru yağ istehsal edərsə, onda duru yağın qiymətlərinin aşağı düşməsi və təbii qiymət tənzimlənməsinin baş verməsi mümkün olur. Bu isə qiymətlərin bazar iqtisadiyyatı yolu ilə formalaşması deməkdir. Belə halda heç bir dövlət müdaxiləsi olmur. Burada alıcı və satıcıların çoxluğu və onlar arasındakı tələb-təklif münasibətlər üçün əsas rolunu oynayır. Məsələn, yağın maya qiyməti satıcıya 3 manata başa gəlirsə, o, malı 3 manat 50 qəpiyə satmaq istəyəcək. Əgər alıcılar 2 manat 80 qəpiklik qiymətdə israr etsələr, onda satıcı məcbur olacaq ki, təxminən 3 manat 20 qəpiklik qiymət qoysun. Tələb və təklif təxminən bu şəkildə formalaşır”.
Bu gün iri fermer təsərrüfatları və sənaye müəssisələrinin yaradılmasına da dövlət ciddi diqqət göstərməyə başlayıb.
Bununla bağlı fikirlərini bildirən ekspert qeyd edir ki, iri fermer təsərrüfatları və taxılçılıq təsərrüfatlarının yaradılmasına gəldikdə isə belə müəssisələrin yaradılması investisiya nəticəsində mümkün olur: “Yəni normal şəkildə biznes plan hazırlanır, vəsait ayrılır, vəsaitin normal mənbəyi olur. Bundan sonra sahibkar müəssisə rəhbəri kimi təsərrüfatçılığa başlayır, məhsul istehsal etməyə və satmağa başlayır. Normal bir müəssisənin sona qədər istehsalla məşğul olması üçün kənd təsərrüfatında bir-iki il vaxt lazımdır. İri sənaye müəssisəsi üçünsə bu müddət 5-6 ildir. Məhz bu qeyd edilən müddətlərdən sonra sözügedən müəssisələr gəlir əldə edə bilərlər. Bu istehsalın təşkili məsələsində əslində paralellik qorunmalıdır. Yəni burada o məhsullar istehsal olunmalıdır ki, o məhsulu biz daxili və ya xarici bazarda sata bilirik və o məhsul uzunmüddətli olaraq bazarlarda yerini tuta və gəlir gətirə bilir. Əgər məhsul satıla bilmirsə, alıcısı yoxdursa, o məhsulu yenidən istehsal etməyə ehtiyac yoxdur. Yəni normal iqtisadi inkişaf etmiş ölkələrin təcrübəsini götürəndə müəssisənin işə başlayanda hazır biznes-planı olur. Burada istehsal olunacaq məhsulun qiymətinə qədər orada müəyyənləşir. Bu gün bir kəndli pomidor istehsal edirsə, bu pomidoru Rusiyada satmaq istəyirsə, o pomidoru əkməmişdən öncə, hesablamalıdır ki, yetişdirdiyi, qablaşdırdığı pomidoru moskvadakı alıcıya neçəyə təqdim edə biləcək. Bunun üçün o, Moskvada da araşdırma aparmalıdır ki, ona necə sərf edəcək. Yaxud dövlət müəyyən mənada bu araşdırmada sahibkara dəstək verməlidir. Məsələn, səfirlik vasitəsilə sahibkara belə bir dəstək göstərilə bilər. Hər bir məhsul istehsalı üzrə bu cür ayrıca araşdırma aparıla və bu məsələdə dövlət dəstək göstərə bilər. Bundan əlavə, həmin bazarda daha kimlərin və hansı məhsulların iştirak etdiyi barədə də təhlil lazımdır”.
Ekspert bildirir ki, hər hansı istehsal sahəsi ilə bağlı şərait və şərtlər tam təhlil edilməli, öyrənilməli, ondan sonra həmin sahədə istehsal təşviq edilməlidir.

Rasim Babalı




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info