Azay Quliyev Azərbaycan-ABŞ əməkdaşlığından danışdı
Tarix: 23.01.2016 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Şirvan şəhərində yerli sakinlərin, şəhər İcra Hakimiyyətinin, bələdiyyə orqanlarının, İqtisadiyyat Nazirliyinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və yerli QHT-lərin iştirakı ilə növbəti yeni infrastruktur layihənin istifadəyə verilməsi mərasimi keçirilib.
Trend-in məlumatına görə, Azərbaycan və ABŞ hökumətlərinin birgə maliyyələşdirdiyi Sosial İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramı çərçivəsində yenidən bərpa olunan 1400 metrlik asfalt yol sakinlərin istifadəsinə verilib.
Tədbiri açıq elan edən Şirvan şəhər İcra Hakmiyyətinin başçısı Mərdan Camalov belə bir layihənin hazırlanıb şəhər sakinlərinin istifadəsinə verilməsindəki xidmətinə və əməyinə görə IV çağırış Milli Məclisin Şirvandan deputatı olan Azay Quliyevə təşəkkür edib. O bildirib ki, Şirvan şəhərində yaxın vaxtlarda bir neçə belə infrastruktur layihənin təqdimatı olacaq.
Toplantıya qatılan şəhər sakinləri bu layihənin məhz Şirvanda reallaşmasının təşəbbüskarı olan millət vəkili A.Quliyevi səmimiyyətlə qarşılayıblar. Millət vəkili layihənin uğurla başa çatmasına görə hər kəsi təbrik edib. A.Quliyev çıxışında əvvəlcə Azərbaycan hökumətinin sakinlərin həyat şəraitinin yaxşılaşdırılması üçün regionlarda həyata keçirdiyi layihələrdən danışıb.
Şirvanda reallaşan bir neçə infrastruktur layihəsini Azərbaycan-ABŞ çoxillik əməkdaşlığının, iqtisadi və siyasi işbirliyinin bariz nümunəsi kimi dəyərləndirən A.Quliyev bu əməkdaşlığın regionların iqtisadi inkişafı üzrə Dövlət Proqramına töhfəsini xüsusi qeyd edib: “Şirvandan deputat olduğum vaxtlarda mənə məlumat verilirdi ki, Neftçilər icmasının icmadaxili yolunun bu hissəsi bərbad vəziyyətdədir. Yolun bu hissəsinin bərbad vəziyyətdə olması sakinlərə sosial-iqtisadi, təhsillə bağlı çətinliklər yaradırdı. Bu səbəbdən layihə üzərində işlənildi, Azərbaycan hökumətinin də iştirakçısı olduğu proqram sayəsində Şirvan sakinlərinin daha bir problemi həll olundu”.
USAID-in ölkə üzrə direktoru, xanım Mikaela Meredis bu əməkdaşlıqdan məmnun qaldığını və A.Quliyevə bu layihənin reallaşmasında göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. O, həmçinin yerli sakinlərin həyat şəraitini yaxşılaşdırmaq üçün var gücləri ilə çalışdıqlarını deyib.
Sonra SQİİ-nin ölkə üzrə direktoru Tim Mediqan, Ümid Sosial İnkişafa Dəstək İB-nin icraçı direktoru İsrail İskəndərov, Şirvan şəhər Birlik kənd İcma-İnkişaf Şurasının sədri Mehriban Əliyeva təbrik nitqi söyləyərək, əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
Sonda tədbir iştirakçıları hazırda icrada olan digər layihələrin vəziyyəti ilə tanış olmaq üçün aidiyyəti icmalara baş çəkiblər.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info