“Daxili bazarda məhsulların qiymətini tənzimləmək istəyiriksə, xammalı daxildən ödəməliyik”
Tarix: 23.01.2016 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Ramil Əzməmmədov: “İstehsal məhsullarının qiyməti xammalın idxaldan asılı olub-olmaması ilə bağlıdır”

Bu gün dövlətin iqtisadi siyasətinin prioriteti neftdən asılılığın aradan qaldırılmasıdır. Bunun üçün də əsas atılacaq addım qeyri-neft sektorunu inkişaf etdirmək, ölkədə daxili istehsalı gücləndirməkdir. Prezident İlham Əliyev son keçirdiyi müşavirələrdə məhz bu məsələyə xüsusi önəm verib. Prezident deyib ki, daxili bazarda istehsal məhsullarının qiymətlərinin təbii yolla tənzimlənməsi üçün tədbirlər görüləcək. Dövlət başçısı hesab edir ki, yaradılan iri fermer təsərrüfatları, taxılçılıqla məşğul olan təsərrüfatlar və yeni yaradılacaq müəssisələr qısa müddət ərzində bu problemin həllinə kömək göstərəcək.
Ekspert, “Azərsun Holding”in Layihə Nəzarətçisi (Project Supervisor) Ramil Əzməmmədov Prezidentin bu fikirlərini təqdir edərək dedi ki, istehsal məhsullarının qiyməti xammalın idxaldan asılı olub-olmaması ilə bağlıdır: “Bir məhsulu istehsal etmək üçün istifadə ediləcək xammal başqa bir ölkədən idxal olunursa, o məhsulun qiymətinin tənzimlənməsi bizim əlimizdə olan məsələ deyil. Daxili bazarda məhsulların qiymətini tənzimləmək istəyiriksə, öncə xammalı daxildən ödəməliyik. Nəzərə alın ki, bu, sadəcə, ilkin mərhələdir. Bununla yanaşı, yan sənayenin inkişafına ehtiyac var. Məsələn, bir çox adam düşünür ki, tomat istehsal etmək üçün pomidor yetişdirmək yetərlidir. Bugünlərdə daxili istehsal olan tomatın qiymətinin qalxmasına etiraz etdildiyinin də şahidi olduq. Etiraz edənlər bildirirlər ki, pomidor Azərbaycanda yetişdiyi halda, qiymətlər niyə qalxır? Gəlin, məsələyə bir az dərindən baxaq. Ölkədə pomidor yetişdirmək üçün şitillər (bir çox halda) xaricdən gəlir, pomidorun yetişdirilməsi üçün istifadə edilən bütün gübrə, dərman və texnikalar xaricdən gəlir. Hətta bəzi kənd təsərrüfatı müəssisələrimizdə aqronomların da xaricdən gətirildiyinin şahidi oluruq. Bu, sadəcə, pomidorun yetişdirilməsi sırasında kənardan idxal etdiyimiz mallardır. Bunun zavodda istehsal sırasında ehtiyac olan malların bir çoxu yenə xaricdən gətirilir. Paketlənməsi və qablaşdırılması da idxal olunan mallardan asılıdır. Tomat istehsalı üçün yan sənayenin olmaması səbəbindən qiymətlərin necə və niyə dəyişildiyinin şahidi olduq. Deməli, daxili bazarda qiymətlərin tənzimlənməsi üçün xammalın daxildən təmin edilməsi yetərli deyil, onun yan sənayesini də inkişaf etdirmək lazımdır”.
Ölkədə aqrar sektorun inkişaf etdirilməsi üçün bir çox işlərin görüldüyünü deyən Ramil Əzməmmədov bu işlərin hazırkı problemdən çıxmaq üçün bizə kömək edə bilmədiyini vurğuladı: “Buna səbəb işlərin kompleks şəkildə görülməməsidir. Nəticədə ölkədə qida tələbatını yerli istehsal hesabına ödəmək mümkün olmur. Bir çox adam düşünür ki, Azərbaycan kənd təsərrüfatı ölkəsidir və ölkədə kənd təsərrüfatını inkişaf etdirmək üçün bütün şərait var. Reallıq isə fərqlidir. Hazırda Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün hava, su və torpaqdan başqa, heç bir resurs yoxdur. Yuxarıda da qeyd etdiyim kimi, toxum, gübrə, dərman, texnikaları özümüz istehsal etmirik. Problemin ciddiyyətini müəssisələrimiz başa düşüb, daha məntiqli investisiyalar qoymalıdırlar. Eyni zamanda dövlət kənd təsərrüfatı müəssisələrinin şaxələnməsi üçün təşviq etməlidir. Kənd təsərrüfatı müəssisələri şitil, toxum, gübrə, dərman və kənd təsərrüfatı texnikalarını istehsal etməyə başlamalıdır. Dövlət, müəssisələrimizə lazımi dəstəyi verərək aqrar sektorda əsaslı dəyişiklik edə bilər. Bu, uzunmüddətli investisiyadır və qarşılığında ölkə illər sonra öz qida təhlükəsizliyini tam təmin etmiş olacaq”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info