“Minsk qrupunun son bəyanatı qərəzli və ikili standartlardan başqa bir şey deyil”
Tarix: 23.01.2016 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


“ATƏT-in Minsk qrupunun son bəyanatı qərəzli və ikili standartlardan başqa bir şey deyil”.
Bunu “Trend”-ə millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Rövşən Rzayev ATƏT-in Minsk qrupunun AŞ PA-da Dağlıq Qarabağla bağlı müzakirə ediləcək məruzələrlə əlaqədar bəyanatına münasibət bildirərkən deyib. R.Rzayev bildirib ki, digər beynəlxalq təşkilatların, digər ölkələrin parlamentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Azərbaycanın maraq dairəsindədir: "Biz Azərbaycanın ədaləti mövqeyini digər dövlətlərdə səsləndirməklə həm ATƏT-in Minsk qrupunun həmsədr ölkə rəhbərlərinə, həm də beynəlxalq aləmə göstərmək istəyirik ki, problemi sülh yolu ilə həll etmək hələ də gec deyil". Millət vəkili hesab edir ki, bu gün AŞ PA-da Dağlıq Qarabağla bağlı iki məruzənin qəbul edilməsi labüddür: "Digər beynəlxalq təşkilatların, o cümlədən BMT-nin 4 qətnaməsini yada salsaq, ATƏT-in Minsk qrupundakı məsul insanlar bu kimi qətnamələrə daha dəqiq qiymət verməyi bacarmalıdırlar. O ki qaldı onların bugünkü mənfi mövqeyinə, bu, qərəzli və ikili standartlardan başqa bir şey deyil. Mən həmsədrlərin son yanaşmalarını qətiyyən qəbul edə bilmərəm, əslində isə onlar özləri də maraqlı olmalıdırlar ki, işğalçı dövlət konstruktiv mövqeyə yaxınlaşsın”. R.Rzayev bildirib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktı göz qabağındadır: “İşğal nəticəsində bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, Dağlıq Qarabağda etnik təmizləmə həyata keçirilib, Xocalı soyqırımı törədilib. Bu faktları görməmək, ədalətli qiymət verməmək onların öz vəzifə borclarına kifayət qədər ədalətli yanaşmamasından irəli gəlir”.




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
“Amnesty International“ idmanın siyasiləşdirilməsi istiqamətində ermənilərlə ortaq taktika həyata keçirir
24.05.2019
Nikol Paşinyan Qarabağ klanından qorxduğu üçün oğlunu təhlükəsiz yerə köçürüb
24.05.2019
Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq cəhdləri baş tutmayacaq
24.05.2019
“Çimərlikdə qadağanedici şarları keçmək olmaz”
24.05.2019
İran bombardmana məruz qalsa belə təslim olmayacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info