Əhali fond bazarında qazana biləcək
Tarix: 25.01.2016 | Saat: 15:25:00 | E-mail | Çapa göndər


Azərbaycan hökuməti 2016-cı ildə daxili bazarda yerləşdirilməsi üçün manat və dollar istiqrazları buraxmağı planlaşdırır. Bunu maliyyə naziri Samir Şərifov ANS-ə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, manat istiqrazları üzrə gəlirlik bu il üçün inflyasiyanın səviyyəsini ötəcək və təxminən 11-12% təşkil edəcək, dollar istiqrazları üzrə faiz dərəcəsi isə 3% təşkil edəcək.
S.Şərifov həmçinin bildirib ki, manatla borc öhdəliklərinin buraxılmasında əsas məqsəd milli valyutaya etimadın artırılması və əhalinin əmanətlərinin bazara cəlb edilməsidir: "Bununla yanaşı, dollar istiqrazları üzrə gəlirlilik bank əmanətləri üzrə faiz dərəcələrindən aşağı olacaq ki, bank sektorundan valyuta axınına yol verilməsin deyə".
Şərifov qeyd edib ki, hazırda əhalidə olan xarici valyuta onlara heç cür xidmət edə bilməz: "Ona görə də biz bu mexanizmi təklif edirik ki, pul dövriyyədə olsun və gəlir gətirsin. Böyük məbləğin evdə saxlanılması riskdir. Ona görə də düşünmək və ajiotaja uymamaq lazımdır. Son zamanlar insanlar özlərinin son manatlarını dollara dəyişməyə qaçırlar. Bəs dollarla sonra nə etmək olar? Ona görə də toparlanmaq və təşvişə düşməmək lazımdır. Bazar artıq stabilləşir və bu davam edəcək".




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info