Həzi Aslanovun xatirə mərasimi keçirilib 
Tarix: 25.01.2016 | Saat: 15:38:00 | E-mail | Çapa göndər


Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 106 və Böyük Vətən müharibəsində həlak olmasının 71 illiyi münasibətilə tədbir keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, əsgər, kursant və zabitlər, qəhrəmanın ailə üzvləri, eləcə də veteran və gənclər təşkilatlarının nümayəndələri əvvəlcə Şəhidlər Xiyabanında sərkərdənin məzarını ziyarət edərək, abidə-kompleksinin önünə Müdafiə Nazirliyi adından əklillər qoyub, xatirəsini hörmətlə yad ediblər.
Həzi Aslanov haqqında bir neçə kitabın müəllifi, Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani qəhrəmanın həyat və döyüş yolu barədə geniş məlumat verib. O, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında generalın döyüş yolunun öyrənilməsinin vacibliyini vurğulayıb.
Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev qeyd edib ki, əvəzsiz general H.Aslanovun döyüş yolunun öyrənilməsi işğal altında olan torpaqlarımızın azad olunması baxımından da önəmlidir.
Azərbaycan Veteranlar Şurasının sədri Dadaş Rzayev və generalın döyüş yoldaşları onun haqqında xatirələrini bölüşüblər.
Mərasimin sonunda Aslanovlar ailəsi adından çıxış edən qəhrəmanın nəvəsi, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov Böyük Vətən müharibəsi, Qarabağ müharibəsi iştirakçılarına, veteranlara, şəhid ailələrinə ölkə Prezidentinin daim diqqət və qayğı göstərdiyini xüsusilə qeyd edərək, Xatirə tədbirinin təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə və iştirakçılara minnətdarlığını bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info