“Xəzər qazını Avropada 2020-ci ildən daha əvvəl görəcəyik”
Tarix: 25.01.2016 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


“Biz Xəzər qazını 2020-ci ilədək Avropada görəcəyik”.
Bu fikri “EurActiv” portalına müsahibəsində Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç səsləndirib.
Davosda keçirilən Dünya İqtisadi Forumundan çox nikbin ayrıldığını deyən M.Şevçoviç bildirib: “Cənub qaz dəhlizi” 3 min kilometrdən artıq məsafəni əhatə edən boru kəməridir. Boru kəmərlərinin keçdiyi hər bir ölkənin - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliya oxşar çağırışları, marşrutları, tənzimləmələri və ətraf mühit məsələləri var. Bunun üçün də biz hər hansı problem yarandığı təqdirdə onun həlli üçün “Cənub qaz dəhlizi”nin Məşvərət Şurasını təşkil etdik”.
Qeyd edək ki, “Cənub qaz dəhlizi” dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub qaz dəhlizi” Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu qaz boru kəməri (TANAP) və “Trans-Adriatik” (TAP) qaz boru kəmərlərindən ibarətdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info