Cüdo millimiz Kuba Qran-prisini 3 medalla başa vurub
Tarix: 25.01.2016 | Saat: 18:10:00 | E-mail | Çapa göndər


Kubanın paytaxtı Havanada cüdo üzrə Qran-pri yarışlarına yekun vurulub. Yarışın üçüncü - sonuncu günündə Kuba Qran-prisində Azərbaycana növbəti medalı Elxan Məmmədov qazandırıb. Turnirdə 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov ilk qarşılaşmasında tatami sahibi Yordani Fernandes Sastreyə qalib gəlib. Sonra xorvatiyalı Zlatko Kumriçi mübarizədən kənarlaşdıran E.Məmmədov dörddə bir finalda Almaniya təmsilçisi Karl-Riçard Freyə uduzaraq təsəlliverici görüşlərə qatılıb. Cüdoçumuz bu mərhələnin ilk qarşılaşmasında almaniyalı idmançı Dimitri Petersə qalib gəlib. İkinci görüşündə isə Birləşmiş Ərəb Əmirliklərindən olan cüdoçu İvan Remarenkonu ippon fəndi ilə məğlub edən E.Məmmədov Kuba Qran-prisinin bürünc medalını qazanıb. Beləliklə, Kuba Qran-prisini cüdo üzrə Azərbaycan milli komandası 3 medalla başa vurub. Rüstəm Orucov (73 kq) qızıl, Orxan Səfərli (60 kq) və Elxan Məmmədov (100 kq) isə bürünc medal əldə ediblər.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Bakıda qızıl medal qazandığım üçün çox xoşbəxtəm
23.09.2018
“Qarabağ” “Qəbələ”yə böyük hesabla qalib gəlib
23.09.2018
“Qalatasaray” ikinci dəfə böyük hesabla məğlubiyyətə uğrayıb
23.09.2018
Azərbaycan Premyer Liqası: “Sumqayıt” səfərdə “Keşlə”ni məğlub edib
23.09.2018
Dünya çempionatının dördüncü günündə yeddi ölkənin cüdoçuları fəxri kürsüyə qalxıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info