Şahin Mustafayev: “Prezident mühüm tapşırıqlar müəyyənləşdirib”
Tarix: 25.01.2016 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


Saatlıda iqtisadiyyat naziri Şahin Mustafayevin və Şirvan şəhərinin, Saatlı, Sabirabad, İmişli, Hacıqabul, Salyan rayon icra hakimiyyəti başçılarının iştirakı ilə bu şəhər və rayonların sosial-iqtisadi məsələləri və inkişaf perspektivləri müzakirə edilib.
Nazir Şahin Mustafayev dövlət başçısının uğurlu siyasəti nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitliyin təmin edildiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını vurğulayıb. Görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, dünyadakı mürəkkəb siyasi və iqtisadi proseslərə, bir çox ölkələrin ciddi iqtisadi, maliyyə və sosial problemlərlə üzləşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı bu təsirlərə qarşı dayanıqlıq nümayiş etdirir, gəlirlərin azalması fonunda belə bütün sosial proqramlar icra olunur. Qeyd edilib ki, hazırkı mərhələdə qeyri-neft sektorunun inkişafı prioritetdir və bu baxımdan regionlar böyük potensiala malikdir. Son illərdə regionların iqtisadi potensialını gücləndirmək məqsədilə müasir tələblərə cavab verən infrastruktur layihələri icra olunub, dövlət dəstəyi tədbirləri nəticəsində qabaqcıl texnologiyalara əsaslanan müəssisələr yaradılıb, iş yerləri açılıb və digər əhəmiyyətli işlər görülüb.
Prezident İlham Əliyev hazırkı şəraitdə iqtisadi inkişafın davamlılığının təmin edilməsi üçün mühüm tapşırıqlar müəyyənləşdirib. Bu istiqamətdə rayon və şəhər rəhbərliyinin üzərinə böyük vəzifələr düşür. Görüşdə iştirak edən şəhər və rayonların icra başçıları dövlət proqramlarının və infrastruktur layihələrinin icrası, əhalinin işgüzar fəallığının artırılması, sahibkarlıq fəaliyyətinin genişlənməsi istiqamətində görülən işlər barədə məlumat verib, dövlət başçısının tapşırıqlarının icrasının sürətləndirilməsi ilə bağlı müzakirələr aparılıb.


Qorqud






 
Bölməyə aid digər xəbərlər
22.02.2019
“Autizm spektr pozuntusu olan şəxslərə dəstək”
22.02.2019
ƏƏSMN-də yeni təyinatlar
21.02.2019
Fondun təşkilatçılığı ilə KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar
21.02.2019
DİN polis orqanlarında 150 vəzifəyə qəbulla əlaqədar müsabiqə elan edib
21.02.2019
Rusiyalı bloqqerlər Azərbaycanda qış mövsümü haqqında film çəkiblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info