190- “Mərkəzi Çağrı Sistemi” tərəfindən 147 027 müraciət cavablandırılıb
Tarix: 25.01.2016 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


Əhaliyə göstərilən xidmətlərin, vətəndaşların müraciətlərinə baxılması işinin innovativ yeniliklər və müasir texnologiyalar əsasında səmərəli təşkili Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətində əsas prioritetlərdəndir. Ötən dövrdə sığorta-pensiya sistemində qabaqcıl dünya təcrübəsinə uyğun avtomatlaşdırılmış infrastruktur və texnoloji baza qurulub, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi nəticəsində bütün mövcud proseslərin elektronlaşdırılması təmin edilib.
Dövlət Sosial Müdafiə Fondunun 190-“Mərkəzi Çağrı Sistemi”nin xidmət göstəricilərinin müasir əsaslarla qurulması istiqamətində 2015-ci ildə ardıcıl tədbirlər həyata keçirilib. Son təkmilləşdirilmə işləri nəticəsində sistemin fəaliyyəti Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın tələblərinə uyğun yenidən qurulub.
2015-ci ili ərzində Dövlət Sosial Müdafiə Fondunun 190-“Mərkəzi Çağrı Sistemi” tərəfindən 147 027 müraciət cavablandırılıb. Müraciətlərin 21 345-i elektron xidmətlər, 6 818-i fərdi uçot, 21 364-ü əmək pensiyaları, 17 644-ü məcburi dövlət sosial sığorta haqqı məsələlərini əhatə edib. 17 740 müraciət isə pensiyaların avtomatlaşdırılmış təyinatı ilə bağlı olub. Belə ki, 190- “Mərkəzi Çağrı Sistemi” vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı sayəsində pensiya yaşına çatmış vətəndaşa 190-a zəng etməklə və yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini təqdim etməklə real vaxt çərçivəsində pensiya təyin edilməsi həyata keçirilir. Vətəndaş pensiyasının məbləği, plastik pensiya kartını alacağı bank şöbəsinin ünvanı haqqında məlumatı dərhal əldə edir. Bütün proses cəmi bir neçə dəqiqə vaxt aparır.
Qeyd olunanlardan əlavə, "Sahibkarlıq fəaliyyəti sahəsində universal telefon məlumat xidmətinin (Çağrı Mərkəzi) yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 oktyabr 2013-cü il tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun Çağrı Mərkəzi universal telefon məlumat xidmətinə inteqrasiya olunub və hazırda bu məlumat xidməti üzərindən zəng vuran sahibkarlara məcburi dövlət sosial sığortası və elektron xidmət bölmələri üzrə telefon məlumat xidməti göstərilməsi həyata keçirilir.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Daha 185 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilməsinə dair qərar qəbul olunub
19.08.2019
Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndi
18.08.2019
Xaçmaz və Xızıya yeni polis rəisləri təyin olunub
17.08.2019
Polisdən dilənçilərlə bağlı xəbərdarlıq
17.08.2019
Bakı Tikiş Evi: Bu il də məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info