Bəzi Avropa ölkələri Şengen sazişini dayandırır?
Tarix: 25.01.2016 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


Avropaya qaçqın axını Şengen məkanına daxil olan bir sıra ölkələri sərhəd nəzarəti tətbiq etməyə, Şengen sazişini müvəqqəti dayandırmağa məcbur edib.
Şengen sazişinə əsasən Avropada 26 ölkə arasında sərhəd nəzarəti olmadan sərbəst gediş-gəliş mövcuddur. Şengen sərhəd kodeksinə görə, sazişə qoşulmuş ölkələr arasında daxili sərhəd nəzarəti yalnız müvəqqəti olaraq və ictimai asayiş, yaxud da daxili təhlükəsizliyə ciddi təhdid yarandığı təqdirdə həyata keçirilə bilər. Üzv dövlətlər bu barədə sazişə qoşulmuş digər ölkələri və Avropa Komissiyasını məlumatlandırmalıdır. Avropa Komissiyası isə öz növbəsində bu qərarın əsaslı olmasını yoxlamalıdır. Şengen sazişinə daxil olan ölkələr arasında sərhəd nəzarətinin müddəti altı aydan çox ola bilməz.
Hazırda Almaniya, Avstriya, İsveç, Fransa, Norveç və Danimarka bütün sərhəd-keçid məntəqələrində pasport nəzarəti həyata keçirir. Avropa İttifaqı (Aİ) ölkələri ədliyyə və daxili işlər nazirlərinin bu gün Amsterdam şəhərində keçirilən toplantısında Aİ xarici sərhədlərinin qorunması mexanizmlərinin gücləndirilməsi ilə yanaşı, daxili sərhəd nəzarəti ətrafında da müzakirələr aparılacaq. Almaniya və digər ölkələr daxili sərhəd nəzarətinin iki ilədək uzadılması təklifi ilə çıxış edib. Ekspertlərin rəyincə, daxili sərhəd nəzarətinin uzunmüddətli tətbiqi vahid iqtisadi və valyuta məkanına ciddi zərbə vura, Avropa ölkələri arasındakı birliyi sarsıda bilər.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info