“Ən fəal işəgötürən” nominasiyası üzrə müsabiqənin qalibləri mükafatlandırılıb
Tarix: 25.01.2016 | Saat: 21:50:00 | E-mail | Çapa göndər


Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat nazirliklərinin və Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə keçirilən “Ən fəal işəgötürən” nominasiyası üzrə müsabiqənin qaliblərinə mükafatların təqdimetmə mərasimi olub.
Tədbiri Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov açaraq, muxtar respublikada sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən danışıb.
Qeyd olunub ki, 2014-2015-ci illərdə muxtar respublikada 39 hüquqi şəxs dövlət qeydiyyatına, 5 min 157 fiziki şəxs isə sahibkarlıq uçotuna alınıb. Bu dövrdə muxtar respublikada fəaliyyət göstərən banklar və digər kredit təşkilatları tərəfindən sahibkarlara 82 milyon 286 min manat həcmində güzəştli şərtlərlə kreditlər verilib. Həyata keçirilən tədbirlər nəticəsində 6 min 364 yeni iş yeri açılıb. Bununla yanaşı, muxtar respublika ərazisində şəxsi vəsaitlər hesabına kiçik və orta sahibkarlığın inkişafı istiqamətində 15 sənaye, 9 kənd təsərrüfatı və 8 xidmət sahəsi yaradılıb. Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondunun xətti ilə maliyyələşdirilmiş sahələr də daxil olmaqla, 732 yeni iş yeri açılıb. Fond tərəfindən maliyyələşdirilmiş digər layihələrin icrası başa çatdırıldıqdan sonra daha 595 yeni iş yeri yaradılacaq.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov bildirib ki, muxtar respublikada dinamik inkişafın ən mühüm göstəricilərindən biri də məşğulluğun inkişaf səviyyəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il dekabrın 18-də imzaladığı Sərəncam ilə təsdiqlənən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın uğurlu icrası işaxtaranların səmərəli məşğulluğunun təmin edilməsinə, peşə hazırlığının əmək bazarının tələblərinə uyğunlaşmasına, işaxtaran şəxslərin sosial müdafiəsinin güclənməsinə əlverişli şərait yaradıb. Ötən iki il ərzində 5 min 537 nəfər müəssisələrdə mövcud vakansiyalar üzrə işlə təmin edilib, sosial müdafiəyə ehtiyacı olan 158 nəfər kvota yerlərinə, 627 nəfər sosial əhəmiyyətli ictimai işlərə göndərilib. Eyni zamanda, məşğulluq tədbirləri ilə yanaşı, işçilərin əmək hüquqlarının müdafiəsi və əməyin mühafizəsi istiqamətində də müxtəlif tədbirlər həyata keçirilib.
Sahibkarlar Konfederasiyasının nümayəndəsi Azər Cəfərov çıxışında muxtar respublikanın iqtisadi tərəqqisində sahibkarlığın əhəmiyyətindən, sahibkarlığa yeni başlamaq istəyən şəxslər üçün məsləhət xidmətinin göstərilməsindən bəhs edib. Bildirilib ki, İqtisadiyyat Nazirliyində yaradılan “Operativ əlaqə sistemi” vasitəsilə 117 sahibkarlıq subyektinə mütəmadi olaraq məsləhət, informasiya xidmətləri göstərilib. Həmçinin Naxçıvan Biznes Mərkəzində sahibkarlığa yeni başlamaq istəyən şəxslər üçün təkmilləşdirmə kursları təşkil edilib, sahibkarlıq subyektlərinə şifahi konsaltinq xidməti göstərilib, 17 müəssisəyə mütəmadi olaraq 72 halda iqtisadi yönümlü məlumatlar çatdırılıb.
Vurğulanıb ki, ötən ilin yanvar ayında “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq 2014-cü ilin yekununa görə “Ən fəal işəgötürən” nominasiyası üzrə müsabiqə keçirilib və qaliblər mükafatlandırılıb. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq 2015-ci ilin yekununa görə Naxçıvan Biznes Mərkəzində növbəti müsabiqə keçirilib. “Ən fəal işəgötürən” nominasiyası üzrə müsabiqənin qaliblərini Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat nazirliklərinin və Sahibkarlar Konfederasiyasının nümayəndələrindən ibarət mükafat komissiyası müəyyənləşdirib.
Sonra komissiyanın sədri, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Sevindik Vəliyev müsabiqənin qaliblərini elan edib.
Bildirilib ki, 2015-ci ilin yekununa görə yeni istehsal sahəsi yaratmaqla işaxtaranların daimi işlə təmin olunmasında iştirak edən hüquqi və fiziki şəxslərin fəaliyyətləri müqayisəli qiymətləndirilərək Uzunoba Su Anbarı ətrafında fəaliyyət göstərən sahibkar Azər Nəsirova məxsus “Panaroma” iaşə obyekti birinci, Babək rayonunun Nehrəm kəndində fəaliyyət göstərən sahibkar Rafiq Əliyevə məxsus süd məhsullarının emalı müəssisəsi ikinci və Culfa rayonunun Dizə kəndində fəaliyyət göstərən sahibkar Mahmud İbrahimova məxsus heyvandarlıq təsərrüfatı üçüncü yerə layiq görülüblər.
Sonra qaliblərə diplom və plaketlər təqdim olunub.
Sahibkarlar adından çıxış edən Azər Nəsirov onların fəaliyyətlərinə yaradılan hərtərəfli şəraitə görə minnətdarlığını bildirib, gələcəkdə də əhalinin səmərəli məşğulluğunun təmin olunması istiqamətində fəallıq nümayiş etdirəcəklərini deyib.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Naxçıvanda “İslam filmləri həftəsi”nin açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info